Accessibility links

Cənubi və Şimali Koreya liderləri müharibəyə son qoymağa çalışacaq


Cənubi Koreya prezidenti Mun Cae-in deyir ki, o və Şimali Koreya lideri Kim Conq Un yaxınlaşan zirvə toplantısında müdrik addım ataraq, 60 ildən çox davam edən müharibəyə rəsmi olaraq son qoymağa çalışacaqlar.

Prezident Mun bu barədə qeydləri Koreya yarımadasının Yaponiyanın kolonial idarəetməsindən azad olunmasının 73-cü ildönümü ilə bağlı keçirilən mərasimdə edib.

Hər iki Koreya həftənin əvvəli Mun və Kim Conq Unun Pxenyanda gələn ay görüşəcəyi ilə bağlı elan verib.

İki lider bu il ərzində artıq iki dəfə görüşüb. Hər iki görüş ölkələr arasındakı sərhəddə yerləşən Panmuncom kəndində keçirilib.

Prezidenti Mun deyib ki, iki Koreya arasında münasibətlərin yaxşılaşmasında Pxenyan və Vaşinqton arasında münasibətlərin heç bir təsiri yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG