Accessibility links

Koreya yarımadasında iki ABŞ bombardmançısı uçurulub


ABŞ Hava Qüvvələri cümə axşamı Koreya yarımadasında apardığı təlimlərin bir hissəsi olaraq Cənubi Koreya və Yaponiyadan döyüş təyyarələrinin müşayiəti altında Quam istehsalı iki B-1B bombardmançı təyyarəsi havaya qaldırıb.

Hava Qüvvələri bildirib ki, bombardmançılar hər hansı hadisəyə cavab olaraq havaya qaldırılmayıb.

Cümə günü Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA təlimləri pisləyib və onları “gözlənilməz nüvə zərbəsi məşğələsi” adlandırıb.

Təlim prezident Donald Trampın Asiyaya 12 günlük səfərindən bir gün öncəyə təsadüf edib.

ABŞ ordusu son olaraq buna bənzər missiyanı oktaybrın 10-da prezident Tramp Şimali Koreyadan gələn hər hansı təhlükəyə necə cavab verəcəklərini müzakirə etmək üçün yüksək müdafiə rəsmiləri ilə görüşərkən həyata keçirib.

XS
SM
MD
LG