Accessibility links

Koreyalar arasında gərginliyin azaldılmasına dair danışıqlar davam edir


Şimali və Cənubi Koreyalar ötən ay gərginliyi azaltmaq məqsədilə əldə etdikləri genişmiqyaslı hərbi razılığın həyata keçirilməsini müzakirə etmək üçün cümə günü sərhəd bölgədə hərbi danışıqlar aparıb.

Panmuncomda keçirilən görüşdən əvvəl Cənubi Koreyanın sözçüsü general-mayor Kim Do-gyun deyib ki, danışıqlar zamanı münasibtələrin davam etdirilməsi, eləcə də böhran və gözlənilməz qarşıdurmaların qarşısını almaq üçün birgə hərbi komitənin yaradılmasının müzakirə olunacağını söyləyib.

Cənubi Koreya prezidenti Mun Cae-in və Şimali Koreya lideri Kim Conq Un Pxenyanda birgə bəyanat imzaladıqdan sonra, 19 sentyabr, 2018.
Cənubi Koreya prezidenti Mun Cae-in və Şimali Koreya lideri Kim Conq Un Pxenyanda birgə bəyanat imzaladıqdan sonra, 19 sentyabr, 2018.

Nəzərdə tutulan komitə ötən ay Pxenyanda Şimali Koreya lideri Kim Conq Unla Cənubi Koreya prezidenti Mun Cae-in arasında keçirilən sammit çərçivəsində əldə olunan hərbi razılıqda yer alan bir çox koreyalararası öhdəliklərdən biridir. Prezident Mun hərbi sazişi sərhəddəki gərginliyin azalmasına və ABŞ-ın başçılığı ilə Şimali Koreyanın nüvəsizləşdirməsinə dair aparılan danışıqlar üçün daha əlverişli şəraitin yaradılmasına gətirib çıxaracaq vacib bir addım kimi qiymətləndirib.

XS
SM
MD
LG