Şimali və Cənubi Koreyalar Sarı Dənizdəki hüdudları yaxınlığındakı artilleriya atışmasından bir gün sonra bir-birinin ünvanına sərt bəyanatlar səsləndiriblər.
Kommunist dövlətinə məxsus xəbər agentliyində yayılan bəyanatda Pxenyan atışmaya səbəb olan artilleriya mərmisi atdığını danır. Bəyanatda deyilir ki, cənub sərhəd yaxınlığındakı inşaat obeyktindəki partlayışı mərmi atəşi ilə səhv salıb.
Cənubi Koreya rəsmiləri isə mərminin şimal tərəfindən atılmasına şübhə olmadığını bildiriblər və əlavə ediblər ki, bu növ inkarlar Şimali Koreya üçün mütəmadi haldır.
BMT Baş Katibi Ban Ki-mun artilleriya atışmasından narahat olduğunu demiş və bu halın Koreya yarımadasında situasiyanın qeyri-stabil olduğunu göstərdiyini bildirmişdir.