Accessibility links

Cənubi Koreya Şimala danışıqlar təklif edir


Sonq Yonq Mu, Cənubi Koreyanın yenicə təyin edilmiş müdafiə naziri
Sonq Yonq Mu, Cənubi Koreyanın yenicə təyin edilmiş müdafiə naziri

Cənubi Koreya bazar ertəsi Şimali Koreyaya hərbi danışıqların bərpasını və ailə qovuşmalarını müzakirə etməyi təklif edib. Seulun bu addımı Pxenyanla gərginliklərin azaldımasına xidmət göstərir.

“Müdafiə Nazirliyi 21 iyulda Şimali Koreyanın Tongilqak binasında Koreyalar arasında danışıqlar keçirməyi təklif edir ki, sərhəddə hərbi gərginlikləri artıran əməllərə son qoyulsun,” deyə Vitse Müdafiə Naziri Seo Co seok bildirib.

Müdafiə Nazirliyi 21 iyulda Şimali Koreyanın Tongilqak binasında Koreyalar arasında danışıqlar keçirməyi təklif edir ki, sərhəddə hərbi gərginlikləri artıran əməllərə son qoyulsun.

Panmuncom kəndində yerləşən Tongilqak binası uzun illər Koreyalar arasında danışıqlara səhnə olub. Sonuncu dəfə burada danışıqlar 2015-ci ilin dekabrında keçirilib.

Cnubi Koreya prezidenti Moon Cae-in may ayında hakimiyyətə gəldikdən bəri onun hökuməti Şimalla təmas qurmağa çalışıb.

Bu yönümdə Seul humanitar yardım, qeyri-siyasi mübadiələlər və iki ölkə arasında qaynar telefon xətti yaradılması təşəbbüsləri ilə çıxış edib.

Lakin indiyədək Kim Conq Un hökuməti bütün bu cəhdləri rədd edib. Təhlilçilər deyirlər ki, Cənubi koreya sərhəddə quraşdırılmış və müntəzəm şəkildə Şimali Koreya liderini tənqid edən səsgücləndiricləri yığışdırmağa meylli ola bilər.

Şimali Koreya lideri Kim Conq Un uğurlu raket sınağını bayram edir.
Şimali Koreya lideri Kim Conq Un uğurlu raket sınağını bayram edir.

Şimali Koreya ABŞ-la Cənubi Koreya arasında birgə hərbi manevrlərin keçirilməsinə son qoyulmasına çağırıb.

Cənubi Koreya Qırmızı Xaç Cəmiyyəti avqust ayında 1950-53-cü il müharibəsi zamanı ayrı düşmüş ailələrin qovuşması üçün oktyabr ayında tədbir keçirilməsinə çağırıb. Həmin vaxt Koreya yarımadasında Çuseok bayramı qeyd olunacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG