Accessibility links

Şimali Koreya Koreyalararası liderlər sammitinin keçirilməsinə çağırır


Cənubi Koreyanın prezidenti Mun Ce-in Pxenyanda Şimali Koreya lideri Kim Conq Unla görüşməyə dəvət olunub.

Cənubi Koreyanın Mavi Prezident Evində keçirilən nahar yeməyi zamanı Kim Conq Unun bacısı Kim Yo Conq Mun Ce-inə Kim Conq Unun ünvanladığı və Koreyalarası münasibətləri yaxşılaşdırmaq istəyini vurğulayan məktub çatdırıb. Prezidentin sözcüsü Kim Eui-Kyomun sözlərinə görə, Kimin bacısı Mun Ce-ini Şimali Koreya lideri ilə Pxenyanda görüşməyə şifahi olaraq da dəvət edib.

“Cavab olaraq, prezident Mun gələcəkdə şərait yaradıb, bu görüşü həyata keçirmək istəyini dilə gətirib,” deyə sözçü bildirib.

Koreyalararası sammit

Bu dəvət Şimali və Cənubi Koreya liderləri arasında son 10 ildə ilk dəfə olaraq sammitin keçirilmə ehtimalını yaradır. Şimali Koreyanın gənc lideri 2011-ci ilin dekabr ayında hakimiyyətə gələndən bəri heç bir dünya lideri ilə görüşməyib.

Bu dəvət həmçinin 2017-ci ilin may ayında seçiləndən bəri regionda münaqişə ehtimalını azaltmaq üçün Şimali Koreya ilə dialoqu artırırmasını dəstəkləyən prezident Munun naliyyətini vurğulayır.

Şimali Koreyanın son bir ildə sürətləndirdiyi balistik raket və nüvə sınaqlarından sonra Mun Şimali Koreyanın Olimpiya Oyunlarına iştirakına nail olaraq təxribatların təxirə salınmasına yardım edib. O həmçinin birgə hərbi təlimləri Olimpiya və Paralimpiya Oyunları bitənədək təxirə salmaq üçün ABŞ-ın dəstəyini qazanıb.

Koreyalarası liderlərin sammiti ilə bağlı dəvət Pxençan Olimpiya Oyunlarının açılış mərasimində Cənubi və Şimali Koreya deleqasiyalarının son 10 ildə ilk dəfə olaraq birgə Koreya bayrağı altında çıxış etmələrindən sonraya təsadüf edib.

​Açılış mərasimində Mun Şimali Koreyanın nümayəndə heyəti üzvləri ilə əl sıxışıb.

Koreyaların Olimpiya Oyunlarında bir bayraq altında çıxışı seyircilər tərəfindən alqışla qarşılanıb.

ABŞ sübhəli yanaşır

Açılış mərasimi zamanı Birləşmiş Koreya komandasını alqışlamayan insanlardan biri isə ABŞ vitse-prezidenti Mayk Pens olub. Amerikanın Olimpiya nümayəndə heyətinə başçılıq etmək üçün Cənubi Koreyaya səfər edən Pens Şimali Koreyanın Olimpiya əməkdaşlığını Şimali Koreyanın imicini düzəltmək və sanksiyalar beynəlxalq dəstəyi zəiflətmək məqsədilə edilən propaqdanda olduğunu deyərək qınayıb.

Şimali Koreyanın Muna dəvəti ilə bağlı suala vitse-prezidentin sözçüsü deyib: “Vitse-prezident prezident Munun qlobal maksimum təzyiq kampaniyası və davamlı sanksiyalara dəstəyini yenidən ifadə etdiyinə görə minnətdardır.”

Pens Olimpiya Oyunları zamanı şimali koreyalılar ilə görüşün mümkün olub-olmaması barədə qəti fikir bildiriməsə də, Pxenyan deleqasiyası amerikalılar ilə hər hansı danışıq aparmaq niyyətində olmadıqlarını bildirib.

Vitse-prezident Pxenyan rəhbərliyinin təhlükəli və repressiv olduğunu vurğulamaq üçün 2010-cu ildə Şimali Koreyanın hücum etdiyi Cənubi Koreya gəmisinin xatirəsinə ucaldılan memorialı ziyarət edib. Şimali Koreya isə bu ittihamı rədd edir. Pens həmçininötən il 17 ay boyunca Şimali Koreyada həbsdə saxlanılan Amerikalı tələbə Otto Uormbierin atasını Olimpiya deleqasiyasına qoşulmağa dəvət edib.

Pens deyib ki, ABŞ Şimali Koreyanı nüvə silahları proqramından imtina etməyə vadar etmək üçün əlavə sanksiyalar tətbiq edəcəyini deyib. Şimali Koreyanın nüvə proqramına ABŞ-a çata biləcək uzun-mənzilli nüvə raketinin inkişafı daxildir. Pens həmçinin ABŞ-ın təhrik olunduğu təqdirdə Şimali Koreyaya qarşı hərbi əməliyyat edəcəyini vurğulayıb və deyib ki, Pentaqonun ABŞ prezidenti Donald Trampı müxtəlif hərbi seçimlərlə təmin etməyə çalışdığını deyib.

Şimali Koreyanın rəsmi dövlət mediası Pensin Olimpiya Oyunları zamanı birgə Koreya komandasını alqışlamamasını “çirkin” adlandırıb.

Diplomatik yollar

Mun ABŞ-ın “maksimum təzyiq” yanaşmasına dəstəyini tarazlaşdırmağa çalışaraq, Koreya Yarımadasında hər hansı hərbi fəaliyyətə açıq şəkildə etiraz edib və nüvəsizləşdirmə danışıqlarına vasitəçilik etmək üçün həm Pxenyan həm Vaşinqtonu güzəştə getməyə çalışır.

Mümkün güzəştlərə ABŞ-ın hərbi təlimləri təxirə salması, Şimali Koreyanın isə gələcək silah sınaqlarını dayandırıb nüvəsizləşdirmə danışıqları aparmağa razılaşması daxildir.

Deyilənə görə, prezident Mun şənbə günü Yaponiya baş naziri Şinzo Abenin Olimpiya Oyunlarından sonra Cənubi Koreyanın Birləşmiş Ştarla apardığı hərbi təlimləri dərhal yenidən başlamaq çağırışını rədd edib və bunun ölkəsinin suverenliyinin pozulması adlandırıb.

XS
SM
MD
LG