Accessibility links

Koreyaların "müharibə" bəyanatı


Cənubi Koreya Milli Müdafiəə Nazirliyi Pxenyanı qəbuledilməz təhdidlərə son qoymağa çağıran bəyanat açıqlayıb.

Nazirlik habelə xəbərdarlıq edib ki, Cənubun qüvvələri tam hazır vəziyyətdədir və əgər hər hansı provokasiya baş verərsə, Şimalı sərt şəkildə cəzalandıracaq.

Cənubun bu açıqlaması Şimalın bəyanatına cavab xarakteri daşıyıb.

Şimali Koreya bildirmişdi ki, Cənubda müharibəyə daxil olur və Seul və ya Vaşinqtondan hər hansı provokasiyanın nüvə müharibəsinə gətirib çıxaracaq.

Şimalın rəsmi xəbər agentliyi vasitəsinə açıqlanan bəyanatda deyilir ki, Pxenyan iki Koreya arasında əlaqələrin "müharibə qaydaları"na daxil olduğunu bəyan edir.
XS
SM
MD
LG