Accessibility links

Korlar üçün BlindWays telefon applikasiyası [Video]


Korlar üçün BlindWays telefon applikasiyası
please wait

No media source currently available

0:00 0:02:05 0:00

İctimai nəqliyyatdan istifadə etmək çətin ola bilər, xüsusilə də korlar üçün. Amma Bostonda görmə qabiliyyətini itirmiş insanlar üçün BlindWays adlı virtual GPS applikasiyası yaradıblar. Applikasiyanı tərtib edənlər isə nə proqramist nə də kod yazandır, onlar adi vətəndaşlardır.

Təsəvvür edin ki, yolu itirirsiniz və ən yaxın avtobus daynacağını tapmırsınız. İndi isə həmin avtobus dayanacağını kor bir insan olaraq tapmadığınızı təsəvvür edin.

“Əgər yanınızda sizi dayanacağa götürəcək və ya avtobusun gəldiyini söyləyəcək insan yoxdursa, demək ki, vəziyyət çətindir”, deyə Perkins Solutions-dan Luiza Agiar bildirir.

Telefonun səsli yardım sistemindən və ya GPS-dən istifadə etmək olar, amma onun da bəzi çatışmazlıqları var.

“GPS sizi getmək istədiyiniz yerin 9 metr yaxınlığına aparır. Son 9 metri isə özünüz getməlisiniz. Korlar üçün isə bu, çətin bir vəziyyət yaradır, çünki onlar dəqiq nöqtəyə çata bilmirlər”, Agiar deyir.

Bu isə o deməkdir ki, onlar ictimai nəqliyyata minib getməli olduqları yerə gedə bilməyəcəklər. Buna çarə olaraq Bostonda BlindWays adlı applikasiya yaradılıb. Bu applikasiya vasitəsilə adi insanlar korlara yardım edir.

“Biz insanların avtobus dayanacağının ətrafında yerləşən hər şey barədə məlumat verə biləcəkləri applikasiya düzəltmişik. Məsələn bu, poçt qutusu, yanğınsöndürmə kranı, skamya və ya ağac ola bilər. Kor insanlar yolda BlindWays applikasiyasında bu ipuçlarını dinləyib, istədikləri avtobus dayancağını tapa bilərlər.

Görmə qabiliyyətini itirmiş insanların müstəqilliyə, özünü idarəetə bacarığına, heç kəsdən asılı olmamağa ehtiyacları var.
Luiza Agiar

Bu applikasiya korlara beyinlərində bir xəritə yaratmalarına yardım edir.

“Görmə qabiliyyətini itirmiş insanların müstəqilliyə, özünü idarəetə bacarığına, heç kəsdən asılı olmamağa ehtiyacları var”, Agiar söyləyir.

BlindWays artıq internet vasitəsilə Bostonun 7 min 800 avtobus dayanacağından 5200-i ilə bağlı insanlardan məlumat toplayıb.

“Biz getdikcə daha çox mobil dünyada yaşamağa öyrəşirik. İstənilən vaxt, istənilən yerdə icmamızdan birinə yardım edə bilərik. Bu, bizim üçün çox güclü bir modeldir və fikrimcə buna bənzər applikasiyalardan daha çox görəcəyik”, deyə Luiza Agiar bildirir.

Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün daha çox məlumata sahib olmaq, daha çox şey edə bilmək deməkdir.

XS
SM
MD
LG