Accessibility links

Azərbaycanda son sutkada 1,151 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1,151 yeni yoluxma faktı qeydə alınıb, 1,052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 287,144 nəfər koronavirusa yoluxub. Onlardan 251,760 nəfər müalicə olunaraq sağalıb, 3,944 nəfər vəfat edib, aktiv xəstə sayı hazırda 31,440 nəfərdir.

Ölkədə son sutka ərzində 7687, hazırkı dövrədək isə 3,026,132 test aparılıb.

Eyni zamanda Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 100 vaksin vurulub.

Rəsmi məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1,177,187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758,289, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418,898 təşkil edir.

Ölkədə yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, vurulan vaksinlərin ümumi sayı 1,153,549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739,319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414,230 təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG