Accessibility links

Azərbaycanda son sutkada 28 nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının sayı 2 milyon 956 min 663-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 931 min 642, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 25 min 21 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG