Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 3-də bütün yerli və ümumxalq səsvermələrini iyunun 21-dən sonra keçirilmsinə qərar verib.
"Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq və vətəndaşların sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün belə qənaətə gəldik ki, qarşıdakı aylar üçün planlaşdırılan bütün seçki və referendumları ölkədə epidemioloji vəziyyət yaxşılaşana qədər təxirə salmaq lazımdır," Rusiya MSK-nın sədri Ella Pamfilova bildirib.
Bundan əvvəl Prezident Vladimir Putin MSK-ya planlaşdırılan səsvermələrin tarixlərini dəyişdirməyə imkan verən qanun imzalayıb.
Rusiya ərazisində iyunun 21-dək təxminən 100 səsvermə keçirilməsi planlaşdırılırdı.
Putinin daha 16 il hakimiyyətdə qalmasına imkan verən konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsi əvvəlcə 22 aprel tarixinə təyin edilmişdi.
Lakin Rusiya lideri martın 25-də koronavirus bağlı narahatlıq səbəbindən səsverməni qeyri-müəyyən tarixə təxirə saldı.
67 yaşlı Putin 20 ildən çoxdur Rusiyada prezident və ya baş nazir vəzifələrini icra edir.