Accessibility links

Avropa xəstəxanaları pandemiya ilə mübarizədə çətinlik çəkir


On minlərlə koronavirus xəstəsinin Avropa xəstəxanalarında yaratdığı böhran təəccüblü bir paradoksa səbəb olub: Dünyanın ən yüksək səviyyəli sağlamlıq sistemi olan ölkələrin bəziləri pandemiyaya qarşı mübarizə üçün yaxşı təchiz edilməyib.

Ekspertlərin fikrincə, pandemiyanın qitədə yaratdığı fəlakətə qismən səbəb Avropanın xəstəxana sistemlərinin epidemiya ilə mübarizə təcrübəsinin olmaması və erkən dövrlərdə rahatlıq hissi olub.

"Əgər siz xərçəng xəstəsisinizsə, Avropanın hər hansı bir xəstəxanasında olmaq istəyərsiniz. Lakin Avropada 100 ildən artıqdır belə böyük bir pandemiya baş verməyib və indi onlar nə edəcəyini bilmir" - deyə, Belçikada "Sərhədsiz Həkimlər" təşkilatının COVID-19 əməliyyatlarına rəhbərlik edən Brays de le Vinye bildirib.

Keçən həftə Ümumdünya Səhiyyə Təşkilatı ölkələrin virusun yayılmasının qarşısını almadıqları üçün qınayaraq, onların daha geniş testlər və daha güclü nəzarət tədbirləri də daxil olmaqla, daha aqressiv reaksiyanı iki ay əvvəl göstərməli olduqlarını deyib.

Həm de le Vinye, həm də başqaları yeni koronavirusla mübarizədə Avropanın yanaşmasının əvvəldən çox zəif olduğunu və səhiyyə işçilərinin virusun necə və harada yayılmasını izləmək üçün yoluxmuş insanlarla əlaqədə olan insanların tapılması kimi çətin bir proses olan kontaktların izlənməsi kimi əsas epidemioloji addımların atılmasında ciddi olmadığını deyirlər.

Ebola xəstəliyinin ən son yayıldığı Konqo da daxil olmaqla rəsmilər hətta silahlı hücumların iflic etdiyi ucqar kəndlərində belə təmaslara dair gündəlik rəqəmləri açıqlayırdı.

Keçən ilin sonlarında yeni koronavirus ortaya çıxdıqdan sonra Çin minlərlə potensial əlaqəni izləmək etmək üçün Uhana təxminən 9000 səhiyyə işçisindən ibarət bir qrup göndərdi.

Lakin İtaliyada bəzən virusa yoluxan xəstələrin potensial kontaktlarına informasiyanın verilməsinə onların öz öhdəsinə buraxaraq, bunun yoxlanılması üçün gündə bir dəfə zəng etməklə kifayətlənib. İspaniya və Britaniya isə kontaktların izlənilməsində nə qədər tibb işçisinin işlədiyi və ya epidemiyanın hər hansı mərhələsində nə qədər kontaktın aşkar edildiyi barədə məlumatı verməkdən imtina edib.

"Britaniyada əlaqə axtarışında vəziyyət yaxşıdır, lakin problem ondadır ki, biz bunu kifayət qədər etməmişik" - deyə, Britaniyanın cənub-qərbindəki Exeter Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin doktoru Bharat Panxaniya bildirib.

Mart ayının əvvəlində Britaniyada virus sürətlə yayılmağa başlayanda Panxaniya və başqaları çağırış mərkəzlərinin kontaktların izlənməsi mərkəzlərinə çevrilməsini istəyiblər. Lakin bu baş verməyib. Panxaniya bunu "itirilmiş fürsət" adlandırıb.

XS
SM
MD
LG