Accessibility links

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi: COVİD-ə qarşı iki maska taxılmalıdır


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) hazırda iki maska taxmağın COVID-19-a qarşı bir maskadan qorumanı daha çox təmin etdiyini bildirib.

Bir-birindən 6 metr aralı məsafədə qoyulan süni başlardan istifadə edərək, keçirilən təcrübədən sonra Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bir ikiqat maska taxmağı tövsiyə edib. Mərkəzin dediyinə görə, cərrahi və ya bez maska koronavirus ölçüsündəki hissəciklərdən təxminən 40%, lakin cərrahi maskanın üstünə daha bir bez maska taxılarsa 80% müdafiə edir.

Təcrübə zamanı yalnız bir növ cərrahi və bir növ parça maskadan istifadə edildiyi üçün eyni nəticələrin fərqli materiallardan istifadə edilən maskalardan da əldə ediləcəyi bəlli deyil.

Pandemiya başlasdığı zaman maskalar haqqında məlumatlar dəyişik olub. General cərrah Ceromi Adamsın “İnsanlar ciddi deyirəm - MASKA ALMAYIN!” - dediyi bir tvitter yazısı da daxil olmaqla, səhiyyə işçiləri amerikalılara maska taxmamağı tövsiyə edirdi.

Mart ayında maska taxmağın mənası olmadığını deyən doktor Entoni Fauçi az müddət sonra fikrini dəyişdirməli oldu.

Daha sonra səhiyyə işçiləri sosial məsafəni qoruyub saxlaya bilmədikləri üçün insanlara maska taxmağı tövsiyə etdi. Bundan daha sonra isə maskaların ictimai yerlərdə taxılması tələb olundu.

Kaliforniya Universitetində aparılan son araşdırma amerikalıların yalnız təxminən yarısının evlərindən kənarda insanlarla sıx təmasda olduqda maska taxdıqlarını müəyyən edib.

XS
SM
MD
LG