Accessibility links

Təzminat üçün müraciət edən amerikalıların sayı 40.7 milliona çatıb


Əmək Nazirliyinin cümə axşamı bildirdiyinə görə, keçən həftə ABŞ-da işsizlik təzminatı ilə bağlı müraciətlər davam edib, baxmayaraq ki, koronavirus pandemiyası səbəbindən bağlanan bəzi müəssisələr yenidən açılmağa başlayıb.

Virusun təhdidi və məhsullarına az tələbat olan şirkətlərin işdən çıxarılan daha 2,1 milyon işçisi pul təzminatı istəyib.

Mart ayının ortalarından bəri 40.7 milyon işçi, ABŞ-ın 164 milyondan çox işçisinin təxminən dörddə biri işsizlik təzminatı üçün müraciət edib.

Lakin bir neçə həftə əvvəki işsizlik təzminatı istəyənlərin bəziləri yenidən işə çağırıldıqları üçün işsizlərin həqiqi sayı məlum deyil.

ABŞ-ın 50 ştatının qubernatorları məhduyyətləri açılan bizneslər üçün müxtəlif direktivlərlə yumşaldır.

Çərşənbə günü ABŞ-da koronavirusdan ölənlərin sayı 100 minə çatdı və səhiyyə mütəxəssisləri qarşıdan gələn aylarda on minlərlə insanın öləcəyini təxmin edir. Lakin sabiq vitse-prezident Co Baydenə qarşı noyabr ayında keçiriləcək təkrar seçkilərdə yarışmada iştirak etməyə hazırlaşan prezident Donald Tramp ölkədə güclü iqtisadi canlanma olacağını proqnozlaşdırır.

Koronavirus ABŞ ticarətinə böyük təsir göstərib. May ayında 27 şirkət iflasdan qurtarmaq üçün konpensasiyaya müraciət edib və bəzi şirkətlər isə daimi bağlandığını elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG