Accessibility links

Koronavirus ABŞ-da səsvermə islahatlarının aparılmasına dair çağırışlara səbəb olub


Koronavirus ABŞ-da səsvermə islahatlarının aparılmasına dair çağırışlara səbəb olub
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Koronavirus pandemiyasının bir çox amerikalı seçicinin ABŞ prezident seçkilərində iştirak etməsinin qarşısını alacağına dair narahatlıqlar var. İki ştat artıq ilkin səsverməni təxirə salıb və ölkə boyu səsvermənin poçt vasitəsilə aparılmasına dair çağırışlar var.

ABŞ-ın Corciya və Luiziana ştatlarında mart ayının sonu və aprel ayının əvvəlində ilkin səsvərmə keçirilməli idi, lakin hər iki ştatda rəsmilər koronavirus təhlükəsi səbəbilə səsverməni təxirə salıb.

Koronavirus dəhşətlidir və bizim bu virusdan əziyyət çəkən hər kəs üçün ürəyimiz yanır. Amma bu, ironik də olsa, bizim səsvermə sistemimizi dəyişməyimiz, müasirləşdirməyimiz və hər bir amerikalı üçün yaxşılaşdırmağımız üçün unikal bir fürsətdir.

“Biz ilk olaraq bu yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq üçün üzərimizə düşəni etməklə bütün luizianalıların sağlamlıq və təhlükəsizliklərini qorumaq istəyirik,” Luiziana ştatının katibi Kayl Ardoin bildirir.

Bu ölümcül xəstəlik məktəb və bizneslərin bağlanmasına, ictimai tədbirlərin təxirə salınmasına səbəb olub. Rəsmilər virusun yayılmasının qarşısını almaq üçün tədbilər görür.

İctimai tədbirlərin təxirə salınmasına dair çağırışlar seçki kampaniyasına da təsir göstərib. Bazar günü Demokartlar partiyasının namizədləri olan sabiq vitse-prezident Co Bayden və Vermont ştatının senatoru Berni Saders arasında debat bir televiziya studiyasında heç bir tamaşaçının iştirakı olmadan baş tutub.

Seçki kampaniyasının bu böhran zamanı da davam etməsini təmin etmək üçün Oreqon ştatından demokrat senator Ron Vayden hər 50 ştatda poçtla səsvermənin təmin olunması üçün qanun layihəsi irəli sürüb. Səsvermə hüquqlarını müdafiə edən qruplar uzun müddətdir bu addımı dəstəkləyir.

“Koronavirus dəhşətlidir və bizim bu virusdan əziyyət çəkən hər kəs üçün ürəyimiz yanır. Amma bu, ironik də olsa, bizim səsvermə sistemimizi dəyişməyimiz, müasirləşdirməyimiz və hər bir amerikalı üçün yaxşılaşdırmağımız üçün unikal bir fürsətdir,” RepresentUS təşkilatının direktoru Coş Silver bildirir.

Təhlükəsizlik üzrə ekspertlər deyir ki, poçt vasitəsilə səsvermə onlayn və ya elektron səvərmədən daha təhlükəsizdir.

ABŞ-da səsvermə
ABŞ-da səsvermə

Hazırda 34 ştat və Kolumbiya Mahalı insanlara heç bir səbəb irəli sürmədən poçt vasitəsilə səs verməyə icazə verir. Vaşinqton və Kolorado ştatları səsvermə məntəqələrində səsvərməni tamamilə qadağan edib.

Digər ştatlar isə insanların poçt vasitəsilə səs verə bilmələri üçün əsaslı səbəb irəli sürmələrini tələb edir.

Koronavirus həm Demokratlar həm Respublikaçılara təsir göstərdiyi üçün hər iki partiyanın təhlükəsiz alternativ səsvermə yollarının təmin olunmasını dəstəkləyəcəyi gözlənilir.

XS
SM
MD
LG