Accessibility links

Baltikyanı ölkələrdə də koronavirus aşkarlanıb, İranda isə daha bir dövlət rəsmisi virusa yoluxub


İki Baltikyanı ölkə - Estoniya və Litva - ilk koronavirusa yoluxma halları barədə məlumat verib. Hər iki xəstədə simptomların yüngül olduğu bildirilir.

Litvadakı yolxuma ilə bağlı verilən məlumatda bildirilir ki, virus İtaliyanın şimalındakı Verona şəhərində həmkarları ilə konfransda iştirak etdikdən sonra evinə qayıdan bir qadında aşkarlanıb.

Litvanın səhiyyə naziri Aureliyus Veriqa bildirib ki, 39 yaşlı qadında xəstəliyin simptomları yüngül formada aşkarlanıb və o, bazar ertəsi Siauliai şəhərinə geri dönəndən sonra xəstəxanada karantinə alınıb. Veriqa həmçinin bildirib ki, təyyarədə qadının yanında və yan cərgədə oturan sərnişinlər testdən keçirilicək.

Estoniya isə bir kişinin İrana biznes səfərindən qayıdandan bir gün sonra onun koronavirusa yoluxduğu barədə məlumat verib.

Estoniyanın Sosial Məsələlər Naziri Tanel Kiik bildirib ki, həmin şəxs hazırda xəstəxanada nəzarət altındadır.

"Estoniya vətəndaşı olmayan amma daimi yaşamaq statusu olan şəxs çərşənbə axşamı Estoniyaya daxil olub" deyə Tanel Kiik bildirib.

Estoniya yerli KİV-lərinin məlumatına görə, həmin şəxs İstanbuldan Latviyanın paytaxtı Riqaya, oradan isə avtobusla Tallinə gəldikdən sonra Estoniyanın səhiyyə orqanları ilə əlaqə saxlayıb.

Hazırda İtaliya və İran Çindən sonra ən çox yoluxma hallarının qeydə alındığı ölkələrdir.

Digər tərəfdən isə İranın daha bir dövlət rəsmisi koronavirusa yoluxub.

İran Parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili fevralın 28-də yazdığı bir tvitində bildirb ki, parlamentdəki 30 millət vəkilindən dördü virusa yoluxub.
İranda geniş yayılan xəstəlik səbəbi ilə hökümət ölkəboyu məscidlərdə cümə nazmazının keçirilməsini qadağan edib.

Dörüncü yüksək səviyyəli dövlət rəsimisinin virusa yoluxma xəbəri ölkədə son 24 saat ərzində 34 nəfərdən çox insanın ölməsi və 143 yeni yoluxma halının elan olunmasından bir az sonra elan olunub.

İran Yaxın Şərqdə virusun əsas qaynar nöqtəsinə çevrilib və ölkə rəsmiləri baş vermiş hadisənin həqiqi miqyasını gizlətməkdə ittiham olunurlar.

Digər təfərdən isə hazırda ABŞ senatında yanvar ayında İran generalının öldürülməsi məsələsi ilə bağlı ifadə verən Mayk Pompeo bildirb ki, virusla mübarizə aparmaq üçün "Biz İran İslam Respublikasına kömək üçün təkliflər verdik"

BMT-nin səhiyyə agentliyi, epidemiyanın başlanğıc nöqtəsi olan Çində xəstəliyin azalmasına baxmayaraq dünyada yeni yoluxmaların artması səbəbi ilə koronavirusdan qlobal riski ən yüksək səviyyəyə qaldırdı.

"İndi biz yayılma riskini və COVID-19-un təsir riskini qlobal səviyyədə çox yüksək səviyyəyə qaldırdıq" deyə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus fevralın 28-də Cenevrədə jurnalistlərə bildirib.

Yayılan virus səbəbi ilə dünya fond birjaları 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis həftəni yaşayır.
Qlobal bazar, dəyərindən təxminən 6 trilyon dolları sildikdən sonra dünya birjaları ardıcıl altıncı gün yenidən kəskin şəkildə aşağı düşdüb. Bu hadisə qlobal iqtisadiyyata zərər verəcək bir təhdidir.

XS
SM
MD
LG