Accessibility links

Koronavirus dövründə Niderlandda bir restoran şüşə kabinlər təklif edir


Niderlandda bir restoran koronavirus dövründə ləzzətli yeməklərini necə təklif edəcəyinin yolunu tapıb: açıq havada, iki və ya üç nəfərin otura biləcəyi şüşə kabinlər.

Əlcək və şəffaf üz qoruyucuları taxan ofisiantlar müştərilərlə yaxından təmasda olmamaq üçün yeməkləri şüşə kabinlərə uzun lövhələrdə gətirir.

Hazırda konsepsiya yalnız Mediamatic Sənət Mərkəzinin bir hissəsi olan ETEN restoranınında sınaqdan keçirilsə də, ailələr və dostların şübhəsiz ki, sahildəki şam yeməyindən ləzzət alır.

"Əladır. Həqiqətən rahatdır və gözəldir, yemək də ləzzətlidir" - deyə, qonşusu ilə birlikdə sınaq yeməyinə dəvət edilən Canita Vermeylen bildirir.

Fransız dilində daha yaxşı səsləndiyini deyən təşkilatçılar layihəni ‘Serres Séparées’ adlandırıb.

"İndi biz təmizlik işlərini, xidməti, boş qabları müştəriləri narahat etmədən, zərif bir şəkildə necə götürməyi öyrənirik" - deyir, Mediamatic Sənət Mərkəzindən Villem Velthoven.

Niderlandda restorantlar azı mayın 19-dək ictimaiyyət üçün bağlıdır, baxmayaraq ki, mətbəxlər sifarişlər üçün işləyə bilər.

Niderlandın KNH restoranlar birliyinin bildirdiyinə görə, restoranların məhdud imkanlar və təhlükəsizlik tədbirləri ilə yenidən açılmasına icazə verilsə belə, sosial məsafə qaydalarına riayət olunacaq və buna görə də çox restoranlar maddi ziyanla üzləşəcək.

XS
SM
MD
LG