Dünyanın ən imkanlı ölkələri cümə axşamı pandemiyanın başlanğıci olan Çində zəifləməsinə baxmayaraq, koronavirusun Avropaya yayılaraq vurduğu zərbəyə görə qlobal iqtisadiyyata misili görümnəmiş yardım göstərib.
- Bütün dünya boyu virusa 227800 nəfər yoluxub, ölənlərin sayı 9200 nəfəri keçib.
- NATO Avropadakı hərbi təlimləri azaltmaqdadır. Lakin keçən ay sülh razılaşmasından sonra ABŞ Əfqanıstandakı qüvvələrini çıxarmaqda davam edir.
- Almaniya və Britaniya ordusunu gözləmə rejiminə salıb. İtalya əsgərləri ölkənin şimalındakı şəhərdə koronavirus səbəbilə ölənlərin cəsədlərinin daşınmasına yardım edir.
- Cümə axşamı səhiyyə rəsmilərindən biri İtaliyanın cənubunda, İsveçrə ilə sərhəddə koronavirus xəstələrinin olduğunu bildirib.
- İçərisində 1400 sərnişin və ekipaj üzvü olan İtaliyaya məxsus kruiz gəmisi Fransanın cənubundakı Marsel şəhərinin limanına yan alıb. Gəmidəkilər testlərin cavabını gözləyir.
- Xorvatiya, Şimali İrlandiya və Rusiya cümə axşamı ilk ölüm hallarını təsdiq edib.
- Koronavirus ABŞ-ın 50 ştatının hamısında qeydə alınıb və yoluxanların ümumi sayı 9400-dən çoxdur. Milyonlarla amerikalı evdən çıxmır. Səkkiz həftə ərzində 60 mindən çox evsiz Kaliforniyada virusa yoluxa bilər.