Accessibility links

Yenidən başlamalı və ya dayandırılmalı?


Bazar ertəsi məhdudiyyətlər qaldırılmağa başladıqdan sonra Avropa şəhərlərinin küçələrində plastik maneələr və milyonlarla maskalı insan görmək olur. Fransa və Belçika karantindən çıxdıqca, Niderland uşaqları yenidən məktəbə göndərir, Yunanıstan və İspaniya daha çox məhdudiyyətləri qaldırır. Onların hamısı koronavirusun ikinci dalğası barədə xəbərdarlıqlara baxmayaraq, batmış iqtisadiyyatlarını yenidən canlandırmağa çalışır.

Sosial məsafə günün qaydası olsa da, bunun ictimai nəqliyyatda və məktəblərdə necə ediləcəyi böyük sual doğurur.

Qismən açılmalar həyata keçirilən Fransada insanlar evlərini tərk etdikdə formalar geyməli olmayıb. Lakin Parisin virusun yayıldığı ən qaynar nöqtəsi olan metri stansiyalarında böyül kütlələr yaranıb. Son dəqiqədə hökumətin regionlardakı qaydalarında problemlər yaranıb və vəziyyət daha da mürəkkəbləşib.

De-Notenkraker ibtidai məktəbinin direktoru Antuonett van Zalinq şagirdlərdən 1.5 metr aralı qalmaq və əl verməmək üçün geniş ağ ətək geyinib, çiyinlərindən aşağı bir halqa taxıb və əlində uzun bir çubuq gəzdirib.

Parisdə bərbərlər bazar ertəsi yenidən açılmazdan əvvəl həftə sonları iş yerlərinə gələrək, hazırlıqlar görüb, hər müştərinin pulunu ödəyəcəyi yeni, birdəfəlik qoruyucu ləvazimatlar almağı planlaşdırıb. "Hair de Beauté" salonunun meneceri Bricit Lehos köhnə müştərilərin artıq əvvəlki kimi gəlməyəcəyini və müştərilərin sayının yarıya enəcəyini deyir.

"Gözəlliyin üzü dəyişəcək. Müştərilər buraya istirahət etmək üçün deyil, ehtiyacları olduqları üçün gələcək. Onlar işlərini ən qısa müddətdə bitirməmizi istəyəcək" - deyə, salonun kosmetoloqu Arielle Bollini bildirir.

İspaniyanın 47 milyonluq əhalisinin təxminən yarısı məhduduyyətlərin yüngülləşməsinə kiçik mağazalarda alış-verişlə, restoran və barlarda açıq havada oturmaqla başlayıb. Lakin İspaniyanın ən böyük şəhərləri olan Madrid və Barselona hələ də təcrid vəziyyətindədir.

Almaniyada isə virusun yeni dalğasına dair qorxular mövcuddur.

Cənubi Koreya hökuməti ikinci dalğaya sərt reaksiya göstərərək, bu həftə planlaşdırılan məktəblərin açılışını dayandırıb, gecə klublarına və barlara yenidən məhdudiyyətlər tətbiq edib.

Almaniyanın əhalinin sıx yaşadığı bölgələrində idman zalları yenidən açılsa da, bu ölkənin və Fransanın rəsmiləri gündəlik yoluxma sayında hər bir artımın yeni məhdudiyyətlərə səbəb ola biləcəyini deyir.

Tramp administrasiyası rəsmilərinin pandemiyadan nisbətən tez bir şəkildə qurtarılacağı barədə nikbin danışdıqları bir vaxt, köməkçilərindən birinin koronavirusa yoluxmasından sonra vitse-prezident Mayk Pens özünü təcrid etdiyini elan edib.

XS
SM
MD
LG