Accessibility links

Koronavirus depressiyasından müxtəlif yollarla xilas edilə bilər


Koronavirus depressiyasından müxtəlif yollarla xilas edilə bilər
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Koronavirus depressiyasından müxtəlif yollarla xilas edilə bilər

Koronavirus səbəbi ilə evdə qalan bir çox insan özünü təcridolunmuş və ya depressiv vəziyyətdə hiss edir. Xüsusilə əqli sağlamlıq problemləri olan insanlar.

Fəlakətlərlə bağlı qaynar xətt xidmərinin bildirdiyinə görə, bu ilin yaz aylarında zənglərin sayı 81% artıb. Psixoloqlar idman, bağbanlıq və ya rəsm çəkmək kimi bir sıra mübarizə mexanizmlərini tövsiyə edir.

Klo Tomsu ictimai fəaliyyətlərlə depressiya və nigaranlıqdan qoruna bilib. O, onlayn dərslər alıb, sosial məsafə saxlandığı dövrdə özünü təcridolunmuş və yararsız hiss etməyə başlayıb. Psixoloq Karolin Lorentenin dediyinə görə, o, tək deyil.

“Narahatlıq keçirən bir çox insan fəlakət artsa nə olacaq deyə düşünür. Bilirsinizmi, mən ən pis ssenarilərin asanladırılmasından danışıram. Təcrübəmdən görmüşəm ki, gördüyümüz işlərin təsiri olur. Məsələn çay hazırlamaq, idman etmək, gəzməyə çıxmaq və dərin nəfər almaq kimi.’”

Klo isə diqqətini bişirməyə verib.

“Hər gün inkişaf edirəm. Bişirməyimin səbəblərindən biri addım-addım irəliləməkdir. Bir də nə etdiyinizi dərk etməlisiniz. Bu mənə daha yaradıcı olmağa, yeni tamları dadmağa imkan verir. Hətta bəzən uğursuz olsa belə. Bu mənə çox sevdiyim bir işi görməyə, insanları yedizdirməyə yardım edir” - deyə, Klo bildirib.

Bişirmək düzgün məhsulların istifadəsindən çox asılıdır və bu günlərdə malların tükəndiyi ərzaq mağazalarının rəflərində bu məhsulları tapmaq çətinləşib.

“Bu, çoxçeşidli un bölməsidir. Lakin indi heç bir şey yoxdur, hətta qarğıdalı unu belə..”, Klo deyib.

3 mağazanı gəzdikdən sonra o, nəhayət kiçik bir məhəllə marketində un əldə edə bilir.

Klo mətbəxinə dünür, hazırladığı piroqları sobaya verməyə hazırdır.

“Görünüşündən çox xoşum gəlir. Sanki giləmeyvələr yağışıdır. Gözəl görünür..” , - deyə, Klo əlavə edib.

“Yemək insanları bir araya gətirmək qabiliyyətinə malikdir.”

Nəticələr əladır. Xırçıltılı giləmeyvə, qaymaqlı balqabaq piroqu və ədviyyatlı şokoladlı tort.

Ailə piroq ziyafəti üçün masa arxasına toplaşır.

“Bu, irəlilədiyimi göstərir, Baxmayaraq ki, özümü bir qədər qəribə hiss edirəm”, Klo deyib.

Həyat B planının necə həyata keçirilməsi ilə bağlıdır.

XS
SM
MD
LG