Accessibility links

Əllərin yuyulması ilə viruslara yoluxma halları azala bilər


Əllərin yuyulması ilə viruslara yoluxma halları azala bilər
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Koronavirusun yayılması ilə hava səyahətləri alt-üst olub. İnsanları sağlamlıq təhlükəsi narahat edir. Bir çoxları Asiya səfərlərini təxirə salıb, digərləri isə Çində istehsal edilən ərzaq mallarını almaqdan imtina edir. Səyahət edərkən COVID-19 vurusundan qorunmaq üçün tövsiyələr irəli sürülüb.

Həkimlər uzun zamandır ki, infeksion xəstəliklərin hər yerdə ola biləcəyi barədə xəbərdarlıq edir. Nüminə kimi QİÇS- İİV yayılmasını göstərmək olar.

Daha bir göstərici kimi SARS-ı nümunə göstərmək olar. Bu xəstəlik 2003 ilin fevral ayında Çində aşkar edilmişdi. Hazırkı virus üçün isə Çin hökuməti xüsusi xəstəxanalar inşa edib.

6 ay davam edən SARS əsasən hava səyahətləri ilə onlarla ölkəyə yayılmışdı.

Xəstəliyin ən ağır təsiri Torontoda müşahidə edilmişdi. O zaman 400-dən çox yoluxma halı, 44 nəfərin ölümü qeydə alınmışdı.

"Qlobal xəstəliklərin yayılmasında hava nəqliyyatı şəbəkəsi əsas rol oynayır" - deyə, Massaçussets Texnolgiya İnstitutunun alimi Xristos Nikolaydes bildirib.

Təsəvvür edin ki, siz və sizin kimi on minlərlə insanın əli hava limanı və təyyarələrin içinə dəyir.

Massaçussets Texnolgiya İnstitutunun araşdırmaları çox az adamın hava limanlarında əllərinin təmiz olduğunu üzə çıxarıb. Epidemiyalardan qorunma əlllərin yuyulması ilə başlayır.

"Hər şeydən əvvəl biz dünyada əllərin nə qədər yuyulduğunu müəyyən etmək istədik" , Xristos Nikolaydes deyib.

Əvvəlki araşdırmalardan insanların 70 faizinin tualetdən sonra əllərini yuduğu müəyyən edilmişdi. Onların da hər 6-dan biri, yəni 7 faizi əllərini düzgün yuyub.

"Daha dəqiq desək, əllər sabunla azı 15 saniyə yuyulmalıdır."

"Biz müəyyən etmişik ki, dünyanın hər hansı ölkəsinə getdiyinizdə hava limanlarında hər 5 nəfərin 1-nin əllərinin təmiz olduğunu görərsiniz"- deyə, alim əlavə edib.

Nikolaydes aeroportları super yoluxdurucu adlandırır.

"Super yoluxdurucu aeroportlar iki kateqoriyaya bölünür. Birincisi, nəqliyyatın və sərnişinlərin sıx olduğu, digəri isə onların beynəlxalq uçuşlarla xəstəlikləri digər aeroptlara daşımasıdır."

Bu hava limanları dünyada Nyu-Yorkun John F. Kennedy, Los Ancelesin Beynəlxalq, Londonun Heathrow, Honq Konq Beynəlxalq və Pekinin də daxil olduğu 10 aeroport arasında yer alır.

Aeroportlar və təyyarələr çirkli əllərlə mobil insanların toplaşdığı ən böyük sahədir.

Əgər 60 faizi təmiz əllə səyahət edirsə, xəstəliklərdən qorunma hallarında 69 faiz inkişaf əldə edilər. Lakin insanların yalnız 30 faizinin əlləri təmiz olduğu üçün xəstəliklərdən qorunma şansı 24 faizə enir.

XS
SM
MD
LG