Accessibility links

Koronavirusun ətraf mühitə təsiri


Yer kürəsində hava çirkliliyi və istixana qazlarının azaldığı bir vaxt dünya ölkələri koronavirusun yayılmaması üçün insanların evdə qalmasa göstəriş verib.

Yeni virusla bağlı bilinməyən bir çox fakt arasında virusun ətraf mühitə uzunmüddətli təsiri də var.

2019-cu ilin dekabr ayından yayılmağa başlayan virus bizneslərin bağlanması, hava yolları şirkətlərinin uçuşlarının dayandırılması və bir çoxlarının evdən işləməsinə və ya heç işləməməsinə səbəb olub.

Qlobal qapanışlar istixana qazlarının azalmasına qəsdsiz bir eksperimentə çevirib.

ABŞ-ın fəza agentliyi NASA bu yaxınlarda satellit məlumat bazasını açıqlayıb. Məlum olub ki, 2020-ci ilin mart ayında qaz tullantıları 2005-ci ildən bəri rekord səviyyədə aşağı olub.

NASA-nın bildirdiyinə görə, Çinin virusun başlandığı Uhan şəhərində hava çirkliliyi 10%, şərq və mərkəzi bölgələrində isə 40% azalıb.

İtaliyanın isə yüksək sənaye bölgəsi olan şimal ərazilərində mart ayının əvvəlindən bəri nitrogen dioksid səviyyəsi 40% azalıb.

Bəzi ətraf mühit mühafizəçiləri bunu iqlim dəyişikliyindəki ciddi nəticələrinin qarşısını alınması sahəsində mühüm addımlar atmaq üçün bir fürsət kimi görür. Digərləri isə deyir ki, təmiz hava iqlimə fayda versə də, qlobal səhiyyə böhranının nəticələri ətraf mühit üçün müsbət olmayacaq.

Plastik tullantılan yenidənemal proqramlarının dayandırılması problemə çevrilib.

Avropada tullantıların atılma imkanlarını azaldılıb. İtaliyada əhalinin tullantıları çeşidləməsinə qadağa tətbiq edilib.

Son zamanlar plastik tullantıların artmasına su butulkaları, üz maskaları, tibbi əlcəklər, gigiyenik bezlər və əl sanitayzerlərinə olan tələbatın artması da yardım edib.

Bir çox şirkət son illər birdəfəlik istifadə üçün plastik malların istehsalını azaldıb, lakin bəziləri çirklənməni azaltmaq üçün bu məhsullara müraciət edir, baxmayaraq ki, ətraf mühit üzrə mütəxəssislər birdəfəlik plastiklərin virus və bakteriya yaya biləcəyi barədə xəbərdarlıq edir.

Nyu-York plastik topbalardan istifadə qadağasını ləğv edib.

Starbucks müvəqqəti olaraq istəkanlardan çox istifadə edilməsini dayandırıb.

İnsanların evdə qalması və sosial məsafə saxlaması ilə tullantıların sayı artıb. Onlaiyn alış-veriş və yemək sifarişləri də qablaşdırmaların artmasına səbəb olub.

Xəstəxanalarda da tibbi tullantıların artdığı müşahidə edilir. Əgər Çinin Uhan xəstəxanalarında gündəlik tibbi tullantılar virusdan öncə 50 ton idisə, hazırda gündəlik tullantı 200 tona çatıb.

Ekspertlər pandemiyanın nə qədər sürəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyir. Qeyri-müəyyənlik isə geniş narahatlıqlara yol açıb.

XS
SM
MD
LG