Accessibility links

Hamilə qadınlar böyük problemlə üzləşir - Koronavirus anadan körpəyə keçə bilərmi?


Hamilə qadınlar böyük problemlə üzləşir - Koronavirus anadan körpəyə keçə bilərmi?
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Əksər amerikalılar üçün karantin mümkün qədər evdə qalmaq və gözləmək deməkdir. Lakin hamilə qadınlar daha böyük problemlə üzləşir - virus anadan körpəyə keçə bilərmi? Və ya körpəni necə qorumaq olar?

Birləşmiş Ştatların əksər ştatında sərt karantin tətbiq olundu və xəstəxanaları boşaltmaq üçün planlanmış əməliyyatlar təxirə salındı. Lakin doğuş kimi bəzi işləri planlaşdırmaq olmur. Hamilə qadın Sonya Menon: "Bütün bu əlavə tədbirlərin nəyə görə edildiyini başa düşürük - həkimlər və tibb bacıları da xəstələnir və bu, onlara qarşı ədalətsizlikdir, onsuz da səhiyyə işçiləri çatışmır. Çox çətindir. Lakin bu da bizim üçün çox fərdi bir şeydir, buna görə də ikisini birlikdə - insanların təhlükəsizliyini qorumaq və yaşadığımız duyğularımızı balanslaşdırmaq çətindir."

Sonya Menon və Ceyson Şellerin bir neçə həftədən sonra ilk övladları dünyaya gəlməlidir. Bir çox cüt kimi onlar da körpə doğulanda bir yerdə olmağa ümid edirdi. Bu, ABŞ-da geniş tətbiq olunan bir praktikadır. Lakin pandemiya səbəbi ilə Nyu-York xəstəxanaları bir-birinin ardınca doğuş otağına əlavə kiminsə daxil olmasına icazə verməyi dayandırdı. Sonyanın həyat yoldaşı Ceyson Şeller: "Körpən dünyaya gəldiyi zaman orada olmaq? Bunun nə qədər vacib olduğunu sözlə ifadə etmək çətindir."

Facebook-da qruplar bununla bağlı mövzuları maraqla izləyir, yeni üzvləri, onların narahatlıqlarını və təcrübələrini bölüşür, bloglar və evdə doğuşlarla bağlı məqalələr paylaşır.

Belə bir qərardan sonra qorxmuş qadınların narahatlığı kritik məqama çatdı və bir neçə gün ərzində yüz minlərlə nyu-yorklu onlayn petisiya imzaladı. Bundan sonra Nyu-York ştatının qubernatoru Endryu Kuomo həyat yoldaşının doğuş otağına daxil olmasına icazə verən qərar qəbul etdi. "Nyu-Yorkun heç bir xəstəxanasında heç bir qadın doğarkən tək qalmaq məcburiyyətində deyil, nə indi, nə də sonra” deyə, Enderyu Kuomo Twitter səhifəsində bildirib.

Nyu-Yorkda körpə gözləyən analar rahatlıq hiss etdi. Lakin gələcək valideynlərin hamısı ciddi proseduru yerinə yetirməlidirlər - doğuşdan əvvəl hər iki valideyn COVID-19 üçün ekspress testdən keçməli və doğuşa qədər hər 12 saatdan bir bu testlər təkrar olunmalıdır. Əgər həyat yoldaşında koronavirus aşkar edilməzsə, doğuş otağına girməyə icazə veriləcək. Ceyson Şeller: "Deyirlər ki, Sonyada virus aşkar edilsə, doğulduğu andan körpəni ondan ayıracaqlar. Bu körpənin qayğısına qalmaq və xəstəliyin körpəyə keçməsinin qarşısını almaq üçün edilir."

Hamilə qadınların risk qrupuna daxil olduğu güman edilir. Kaliforniyanın San-Fransisko Universiteti COVID-19 yoluxmuş hamilə qadınlarla bağlı yeni araşdırmalara başlayıb və yüzlərlə belə halın olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG