Accessibility links

Koronavirus hava yolları şirkətlərini maliyyə böhranı ilə üzləşdirib


Koronavirus hava yolları şirkətlərini maliyyə böhranı ilə üzləşdirib
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Koronavirus hava yolları şirkətlərini maliyyə böhranı ilə üzləşdirib

United hava yolları təyyarəsinin sosial mediada şəklinin yayılmasından sonra şirkətdə bazar ertəsi 0.4% azalma müşahidə edilib. Şəkildə sosial distansiya qaydalarına əməl edilmədən təyyarədə çoxsaylı insan olduğunu görmək olar. Bu isə hava yolları şirkətlərinin maddi çətinlikləri və təyyarələrin uçuşlarını saxlamağa çalışdıqlarının simvolu hesab edilir.

Kardioloqun sosial medaida həftə sonu yerləşdirdiyi şəkil hava şirkətinin sosial distansiya qaydalarını yüngülləşdirdiyini göstərir.

Pandemiya səbəbi ilə United də daxil olmaqla, bir çox hava yolları şirkəti uçuşlarını məhdudulaşdırıb. Böyük aviaşirkətlər xərcləri azaltmaq üçün köklü dəyişikliklər etmək məcburiyyətində qalıb. Onlar uçuşlar zamanı daha çox oturacaq satmağa çalışır.

"Bu, aviasiya biznesinin indiyə qədər gördüyü ən pis və ifrat maliyyə böhranıdır. Uçuşları əvvəlki planımızdan 90% aşağı saldıq. Bu reyslərin kəskin bir azalmasıdır" - deyə, United hava yolları şirkətinin baş kommunikasiya rəhbəri Coş Ernest bildirib.

United hava yolları hökumətdən 5 milyard dollarlıq yardım almalı idi. Bu məbləğin 3 milyard dolları birdəfəlik kredit, qalanı isə aşağı faizli borc kimi ödənilməli idi. Lakin hökumətin yardımı aprel və oktyabr ayları ərzində məvaciblərin ödənişinə kifayət etmir.

"Payızadək şirkətimizin indiki ilə müqayisədə kiçiləcəyi ehtimalı var. Lakin kiçilmənin nə qədər olacağı bəlli deyil. Dəqiq bilmirik. Bu, daha az uçuş, daha az cədvəl və təəssüf ki, müəyyən müddət üçün daha az işçi qüvvəsi demək olacaq" - deyə, Coş Ernest bildirib.

Frontier hava şirkətinin icraçı direktoru Barri Bifflın dediyinə görə, hökumətdən alınacaq 170 milyon dollarlıq kreditlə böhranın öhdəsindən gələ biləcəklər.

“Bu məbləğ sentyabr ayının sonunadək işçilərimizin maaşları üçün nəzərdə tutulur. Beləliklə məvaciblərin yarıdan çoxunu ödəyə biləcəyik. Ümumi maaşlar 3 milyon dollardan artıqdır. Bundan əlavə 30 milyon dollarlıq kredit ala bilər, 500 milyon dollarlıq borca da müraciət edə bilərik..”

Dünyanın digər hava yolları şirkətlərinin heç də hamısının bəxti gətirməyib. Latın Amerikasının ikinci ən böyük hava yolları şirkəti Avianca Holdings bazar günü maaşları ödəmə müddətini qarşılaya bilmədikdən sonra iflasını elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG