Accessibility links

Koronavirus pandemiyası insanların geyim tərzini dəyişdi


Koronavirus pandemiyası insanların geyim tərzini dəyişdi
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Koronavirus pandemiyası insanların iş, geyim və istirahət tərzini dəyişdi. Pandemiyanın evdə qalma reallığına uyğunlaşan əsas geyimlərdən biri isə şalvardır.

2020-ci il üçün gözlənilən moda trendlərinin küçələrə çıxmaq üçün fürsəti olmadı və koronavirus pandemiyası ofis geyimlərini demək olar ki, əhəmiyyətsiz bir şeyə çevirdir. Bunun yerinə idman şalvarları əvəzsiz geyimə çevrildi. "Bu, COVID-19 geyimidir, lakin cəzibədar görünmək üçün gödək köynəklər geyinə bilərik" - deyə, dizayner Burkoindi bildirir.

Rus əsilli amerikalı moda dizayneri Marusya Kazakova və onun həyat yoldaşı Burkoindi pandemiyanın qızğın dövründə Nyu Yorkda "Jahnkoy" qalereyası açıb. Onların dizaynı klassik Puma idman geyimlərinin Afrika və Rusiya folklorunun birləşməsindən ibarətdir.

Onlar COVID-dən əvvəllər də dizayn etdikləri geyimlərini satırdı. Lakin pandemiya onların geyimlərini inanılmaz dərəcədə populyar etdi. “Özünüzü necə ifadə edirsiniz? Küçəyə çıxanda özümüzü ifadə etməyi bacarmalıyıq. Yazılı paltarlar geyərək, kim olduğumuzu göstəririk.”

COVID dövrü rəsmi ofis geyimləri və topuqlu ayaqqabılar bir müddət gələcəkdə geyinmək üçün saxlanmalı oldu.

Evdən işləmək mütləq yaxşı görünmək deyil, özünüzü yaxşı hiss etmək deməkdir, çünki video vasitəsilə onlayn konfransları zamanı insanları beldən yuxarı görürsünüz.

Martina Ditrix "Beləliklə, buradan yuxarı nəsə lazımdır."

Martina Ditrix geyimləri COVID reallığına uyğunlaşdıran ilk Nyu York dizaynerlərindən biridir. İndi geyimi onun daha rahat olması cəlbedici edir. "Bu paltonu o biri üzünə də geyinmək olar."

COVID onlayn alış-verişi də çox artırıb. İnsanlar mağazalara getmir və alış-verişlərini onlayn edir ki, bu da onların pullarını daha ehtiyatla xərcləmələrinə səbəb olur.

Pandemiyanın əsas aksessuarı əlbəttə ki, üz maskasıdır. Maskalar artıq təhlükəsiz olmağın, başqalarının təhlükəsizliyini təmin etməyin və özünü göstərməyin bir yolu olub. Lakin bəzi insanlar üçün üzlərinin görünməsi çox vacibdir. “Əsas məsələ insanların yaxın və təhlükəsiz olmasına imkan verməkdir. Altı metr aralı durmaq əvəzinə insanlar bir-birinə yaxın durmaq, üzünü örtmədən söhbət etmək istəyir. İndi artıq hamı maska taxır və onların üzlərini görə bilmirsən, dediklərini aydın eşitmirsən. Üz ifadəsini görəndə insan özünü daha rahat hiss edir.”

Yeni ilin moda sənayesi üçün gözləntilər budur - Məsuliyyət və ətraf mühitə dostcasına yanaşma. Ən əsası isə rahatlıq.

XS
SM
MD
LG