Accessibility links

ABŞ-ın Moderna şirkəti eksperimental peyvəndinin koronavirusa qarşı 94,5 faiz effektiv olduğunu bildirir


COVID-19-a qarşı peyvəndin hazırlanması yolunda qlobal səylər daha bir peyvəndin potensial effektivliyi barədə xəbərlərlə sürətlənir.

ABŞ-da yerləşən Moderna şirkəti bazar ertəsi bildirib ki, ilkin sınaqların sonuncu və üçüncü mərhələsində əldə edilmiş nəticələrə əsasən, hazırladığı eksperimental peyvənd yoluxucu xəstəliyə qarşı 94,5 faiz effektiv olduğunu göstərib.

Massaçusetsdə yerləşən əczaçılıq nəhəngi bu peyvəndi ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçıları ilə birgə hazırlayıb.

Moderna hazırda COVID-19-a qarşı 90 faizdən çox effektivliyin əldə edildiyi ikinci eksperimental peyvənddir. Keçən həftə ABŞ-da yerləşən Pfizer və Almaniyanın BioNTech şirkətləri mühüm nailiyyət əldə etdiklərini elan edən ilk şirkətlər olub.

Moderna şirkətinin peyvəndi haqda bu xəbər həmçinin ABŞ-ın Johnson & Johnson şirkətinin COVID-19 peyvəndinin Britaniyada üçüncü və son mərhələsinin klinik sınaqlarına başladığı vaxta təsadüf edir.

Janssen Pharmaceutical iki dozalı eksperimental peyvənd üçün 6000 könüllünü cəlb edəcək, daha sonra isə sınaqlar Belçika, Kolumbiya, Fransa, Almaniya, İspaniya və Amerika Birləşmiş Ştatları da daxil olmaqla, bir çox ölkədə 30 min nəfərə qədər genişləndiriləcək.

Johnson & Johnson şirkəti tərəfindən hazırlanan daha bir koronavirus peyvəndinin hazırda Argentina, Braziliya, Meksika, Cənubi Afrika və ABŞ-da genişmiqyaslı 3-cü fazasının qlobal sınaqları həyata keçirilir.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG