Accessibility links

Koronavirus peyvəndinin inkişafı qlobal gərginliklərə səbəb olub


Hazırda COVID-19-a qarşı heç bir peyvənd olmasa da, onun istehsalı ilə bağlı artıq mübarizə başlayıb.

Fransanın Sanofi əczaçılıq nəhəngi ABŞ-ın potensial COVID-19 pevəndini əldə etmək üçün üstünlük verilməsi vədini rədd edib. Fransanın baş naziri Edvard Fillip cümə axşamı israrla bildirib ki, Fransa şirkətinin istehsal etdiyi hər hansı bir peyvənd hamı üçün bərabər olacaq.

Buna Sanofi şirkətinin icraçı direktoru Pol Hadsonun Bloomberg News-a verdiyi açıqlaması səbəb olub. O bildirib ki, "ABŞ höküməti riskə gedərək ən böyük sərmayə yatırımı etdiyi üçün çox sayda sifariş vermək hüququna sahibdir".

Qeyd edək ki, şirkətin ABŞ-da fabrikləri olsa da, əksəriyyəti Avropadadır.

Lakin digər tərəfdən şirkətin sədri Serj Veinberq Frans 2 televiziyasına bildirib ki, "heçı bir ölkəyə xüsusi bir üstünlük verilməyəcək".

Buna bənzər mübahisə mart ayında da baş vermişdir Belə ki, ABŞ Prezidenti Donald Trampın Almaniyanın biofarmakoloji şirkəti olan CureVac-a peyvəndin ekskluziv olaraq ABŞ-a satılması üçün 1 milyard dollar təklif etmişdi. Bu təklif Almaniya höküməti və ictimaiyyətinin qəzəbinə səbəb olmuşdu.

Almaniyanın xarici işlər naziri Heiko Maas o zaman bildirmişdi ki, alman alimləri COVID-19 peyvəndini qlobal əməkdaşlıq çərçivəsində hazırlamaq üçün çalışırlar.

Lakin ABŞ rəsmiləri mübahisəyə cavab olaraq bildirib ki, məsələ həddindən artıq şişirdilib və ABŞ hökuməti dünyada COVID-19-un müalicəsi üzərində çalışan bir sıra dərman şirkətləri ilə danışıqlar aparır. Həmçinin bir ABŞ rəsmisi bildirib ki, bu şirkətlərin bir çoxu Birləşmiş Ştatlardan ilkin investisiya əldə edib.

Mübahisəyə müdaxilə edən Fransa Prezidenti Emmanuel Makron cümə axşamı deyib ki, potensial COVID-19 peyvəndi bazar qanunlarına tabe edilməməlidir. O, gələn həftə məsələ ilə bağlı Sanofi şirkətinin yüksək vəzifəli şəxsləri ilə görüşəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG