Accessibility links

Koronavirus səbəbi ilə Moskva və ətraf ərzailərdə küçələrə çıxmaq qadağan edildi


Martın 30-dan etibarən Moskvada şəhər meri Sergey Sobyaninin əmri ilə yaşından asılı olmayaraq, şəhərin bütün sakinləri üçün evdə özünü təcridetmə rejimi tətbiq edilib. Oxşar tədbirlər Moskva ətrafındakı ərazilərdə də tətbiq olunur. Paytaxt meri martın 29-da COVID-19 yayılmasının qarşısını almaq üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Moskva sakinləri yalnız aşağıdaki hallarda evdən çıxa biləcəklər:

  • təcili tibbi yardım və həyati təhlükə olduğu halda yardım almaq;
  • işə getmək məcburiyyəti varsa, işə getmək;
  • ən yaxın mağazada və ya aptekdə alış-veriş etmək;
  • yaşayış yerindən 100 metrdən çox olmamaq şərtilə ev heyvanlarını gəzdirmək;
  • məişət zibilini atmaq;

İctimai yerlərdə vətəndaşlardan ən azı 1.5 metr sosial məsafəni gözləmələri tələb olunur. İstisna yalnız taksidən istifadə üçündür. Mağazalar, apteklər və digər müəssisələr məsafəni saxlamaq üçün xüsusi işarələr qoymalı və qəbul və binalarda qalma rejimi müəyyən etməlidir.

Yaxın günlərdə Moskva rəsmiləri evdən çıxmağa imkan verəcək xüsusi icazə sənədinin verilmə qaydasını müəyyənləşdirəcək.

Moskva meriyasının saytında da qeyd edilir ki, gələn həftə ərzində şəhərdə “ev rejimi və vətəndaşların hərəkət qaydaları ilə bağlı monitorinq üçün ağıllı sistem” yerləşdiriləcək. "Tədricən, lakin davamlı olaraq, bu vəziyyətdə lazımi nəzarəti gücləndirəcəyik" - deyə, məlumatda qeyd olunub.

Sobyanin qeyd edir ki, "yüksək hazırlıq rejimi şəraitində" Moskva sakinləri üçün əlavə sosial tədbir kimi aşağıdakılar tətbiq olunur:

Həkimlərin təyin etdiyi yüngül COVID-19 kursu olan vətəndaşlar, həmçinin həkimlərin özləri ödənişsiz antivirus dərmanları alacaq. Ödənişsiz dərmanları təcili yardım, poliklinika işçiləri və ya könüllülər gətirəcək.

Səfər biletlərinin etibarlılığı ev rejimi tələbini 30 mart - 3 aprel tarixlərində yerinə yetirən və ictimai nəqliyyatda birdəfəlik səfər etməyən sərnişinlər üçün beş gün müddətinə uzadılır. Əvvəllər dayandırılmış tələbə və məktəb səfər kartları yüksək həyəcan sona çatdığı tarixdən bir ay və ya daha çox müddətə uzadılacaq.

İşsizlərə regional kompensasiya ödənişi tətbiq olunur. İşsizlik müavinətlərinin (təqaüdlərin) ümumi məbləği və yeni ödəniş ayda 19 500 rubl təşkil edəcək. Ödəniş bəyanatlar olmadan avtomatik təyin ediləcək.

"İnfeksiyanın yayılmasının qarşısını almaq üçün bu tədbirlərin effektivliyi hər birimizin davranışından asılıdır. Özünüzə və qonşularınıza qayğı göstərin. Xahiş edirəm evdə qalın" - deyə? Sergey Sobyanin əlavə edib.

Martın 29-na olan məlumata görə, Rusiyada rəsmi olaraq ümumilikdə 1264 yoluxma hadisəsi qeydə alınıb, onlardan 1015-i Moskvadadır. Rəsmi məlumatlara görə, virusdan 7 nəfər ölüb. Rusiyanın 62 bölgəsində bu günə qədər 228 yeni koronavirus infeksiyası ilə yoluxma halı təsdiqlənib.

XS
SM
MD
LG