Accessibility links

Azərbaycanda koronavirusa 117 nəfər yoluxub, Şəki Bazarı bağlanıb


COVID-19

Sentyabrın 18-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan bir nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir.

Ölkədə son sutka ərzində 5898, hazırkı dövrədək isə 1041184 test aparılıb.

Sentyabrın 18-də COVİD-19 statistikası
Sentyabrın 18-də COVİD-19 statistikası

Operativ Qərargah bildirir ki, Şəki şəhərindəki (Bakıdan 352 kilometr şimal-qərb) “Şəki Bazarı” sentyabrın 18-dən başlayaraq üç günlük karantinə bağlanıb və bazar həmin günlərdə işləməyəcək. Buna son günlər bazarda 12 nəfərin koronavirusa yoluxması səbəb olub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.

Sentyabrın 14-də Bakıda metronun hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.

XS
SM
MD
LG