Accessibility links

Koronavirus səbəbindən Bakıda bəzi təhsil müəssisələri distant təhsilə keçib


məktəb

“COVD-19” pandemiyası ilə ilə əlaqəli olaraq Bakida bəzi universitet və ümumtəhsil məktəbləri distant təhsilə keçib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məlumatına görə, 14 qrup distant təhsilə keçib. Bu qruplar iki həftə distant təhsil alacaq.

Bundan əlavə Bakıdakı 245 saylı tam orta məktəbin fəaliyyəti də distant formatda davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bildirib ki, bu məktəbdə 12 müəllim və 5 şagird koronavirus infeksiyasına yoluxub və bu səbəbdən əyani tədris prosesi 14 gün distant təhsillə əvəz edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bu il ölkənin bütün təhsil müəssisələri ənənəvi tədrisi bərpa edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG