Accessibility links

Koronavirusa ikinci dəfə yoluxmaq mümkündürmü?


Bu barədə bir o qədər məlumat olmasa da, belə görünür koronavirusa ikinci dəfə yoluxmaq mümkündür.

Honq Konq tədqiqatçıları bu yaxınlarda koronavirusa yoluxan bir şəxsin bir neçə ay sonra ikinci dəfə yoluxduğuna dair dəlillər olduğunu bildirib.

Bu barədə məlumat hələ dərc olunmayıb. Lakin elm adamları 33 yaşlı bir şəxsdə ilk dəfə yüngül simptomlar olduğunu, ikinci dəfə isə heç bir simptom olmadığını deyib. Alimlərin dediyinə görə, həmin şəxsin immun sistemi yenidən yoluxmanın qarşısını ala bilməsə də, sistemin ciddi xəstəliklərə qarşı qoruma gücü var. O, son dəfə testdən bu yaxınlarda Honq Konq aeroportunda keçib və tədqiqatçılar genetik testlərin onda virusun müxtəlif növlərinin aşkarladığını bildirib.

Birləşmiş Ştatlar vətəndşı da daxil olmaqla, bir neçə başqa adamda ikinci dəfə yoluxmanın birincidən daha ağır olduğu bildirilib.

İnsanlar yenidən yoluxa bilsələr belə, Ümumdünya Səhiyyə Təşkilatı bunun çox vaxt nizamlı olmayacağını deyib.

Səhiyyə üzrə mütəxəssislər COVID-19-a yoluxan insanlarda təkrar yoluxmaya qarşı az da olsa immunitet olduğuna inanır. Lakin onlar qorunmanın nə dər olduğu və xəstəliyin nə qədər sürə biləcəyinə dair heç məlumata malik deyillər.

Bunu bilmək vacibdir, çünki immun sistemi zifləyərsə bu, peyvənd üçün də problem yaradna bilər. Bəzi mütəxəssislər ikinci peyvəndə ehtiyac ola biləcəyini deyir.

XS
SM
MD
LG