Accessibility links

Koronavirus məişət zəminində zorakılıqları artırıb


Koronavirus məişət zəminində zorakılıqları artırıb
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Koronavirus məişət zəminində zorakılıqları artırıb

Koronavirus qapanmaları dünyanda milyonlarla insana iqtisadi, psixoloji və əqli baxımdan müxtəlif təsirlər göstərir. Əfqanıstan kimi ölkələrdə isə məişət zəmində zorakılıqların artdığına dair narahatlıqlar artıb.

Heratda evdə qal siyasəti COVİD-19 virusunun yayılmamasına xidmət etsə də, məişət zəmində zorakılıqları artırıb.

“Biz zorakılıqlara məruz qalan qadınlarla xəstəxanalarda təkbətək görüşlər keçirirdik. Lakin koronavirusa görə təmaslarımız dayanıb. Bəzi qadınlar telefonla əlaqə saxlasalar da, digərlərinə zəng etmək imkanımız yoxdur” - deyə, psixoloq Mərzai Əkbəri bildirib.

Herat vilayətində statistika zorakılıqların azaldığını göstərir. Lakin qadın məsələri üzrə ekspertlər şikayətlərin gecikdirildiyini deyir.

“Keçmişdə də şikayətlər çox deyildi, Əgər əvvəllər 10 şikayət alırdıqsa, indi 2-3 şikayət alırıq. Səbəb isə kişilərin də evdə qalmasıdır. Onlar qadınlara şikayət etməyə imkan vermir” - deyə, Heratın Qadın Məsələləri Liqasının direktoru Lida Şareq bildirib.

Heratın yerli xəstəxanasının rəhbəri, dr. Arif Cəlali koronavirus məhdudiyyətləri dövründə 100-ə yaxın intihara cəhd və zorakılıqlarla bağlı məlumat aldığını və bunların çoxunun Herat şəhərdə baş verdiyini deyib.

“İnsanlar xəstəxanaya gəlməkdən qorxur. Əvvəllər pasiyentlərin sayı çox olardı. 700 yatağımız var. İndi onların yalnız 300-dən istifadə olunur. 20 döyülmüş, 75 sui-qəsdə cəhd edən qadın qəbul etmişik. Onlar ya qəsdən, ya da kimsə tərəfindən zəhərlənən qadınlardır."

Bir çox ekspert hesab edir ki, evdə qal qərarı evlərdə gərginlikləri artırıb. İqtisadi streslə yanaşı, karantik günlərində qadınlara qarşı zorakılıqlar da vüsət alıb.

Şərhlərə bax

XS
SM
MD
LG