Accessibility links

Koronavirusa yoluxma halları və ölənlərlərin sayı durmadan artır


Çində koronavirusa yoluxan xəstələr üçün xəsətəxana inşa edilir
Çində koronavirusa yoluxan xəstələr üçün xəsətəxana inşa edilir

Çinin Milli Səhiyyə Komitəsi ölkə boyu koronavirusa yoluxan insanların sayının ən az 830 nəfər olduğunu təsdiqləyib. Komitənin digər məlumatında isə ölənlərin sayının 26-a çatdığı bildirilib.

Çin hökuməti daha bir neçə şəhərə giriş-çıxışı qadağan edib. Bu, başqa ölkələrə də yayılan koronavirusun qarşısını almaq üçün atılmış daha öncə görülməmiş bir addımdır.

Çində ən azı 10 şəhər və ən azı 33 milyon insan təcrid olunub. Əsasən Çinin mərkəzi Hubey vilayətindəki şəhərlər ciddi təhlükə altındadır və bu qərar Çin Yeni ili ərəfəsində milyonlarla çinlinin səyahət etdikləri bir vaxta təsadüf edir.

Şanxay Disney Resort şəxsi veb səhifəsində elan edib ki, Çin Yeni ilində turistlər üçün əsas cəlbedici məkan olan Şanxay Disneylendi "xəstəliklərin yayılmasının qarşısını almaq və nəzarət etmək habelə qonaqlar və işçilərin sağlamlıq və təhlükəsizliyi təmin etmək üçün" müvəqqəti bağlanacaq.

Koronavirusun ortaya çıxdığı güman edilən Uhan bələdiyyəsi şəhərin fevralın 3-də tamamlanması gözlənilən 1000 çarpayılıq bir xəstəxana inşa etdiyini deyib.

Rəsmilər cümə axşamı əvvəlcə koronavirusun yayılma mənbəyi hesab olunan Uhan şəhərindən təyyarə və qatarların hərəkətini qadağan ediblər. Sonra isə ödənişli yollar bağlanıb, bərə, metro və avtobus xidmətləri dayandırılıb.

15 tibb işçisi Uhandan Pekin, Şanxay və Guandon vilayətinə, həmçinin Yaponiya, Cənubi Koreya, Tayland, Tayvan və ABŞ-a yayılan virusa yoluxanlar arasındadır.

Ümumdünya Səhiyyə Təşkilatı ölümcül virusun hələ dünyada fövqəladə vəziyyət elan olunacaq qədər təhlükəli həddə gəlmədiyini açıqlayıb.

"Bu, Çin üçün fövqəladə haldır, lakin hələ də qlobal səviyyədə səhiyyə üçün fövqəladə vəziyyətə çevrilməyib" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədəki iki günlük fövqəladə iclasdan sonra bildirib.

XS
SM
MD
LG