Accessibility links

Koronavirusa 33 yeni yoluxma qeydə alınıb, 3 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Aprelin 18-də Azərbaycanda 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 1373 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, karantin rejiminə əməl edilməməsi ikinci dalğanı yarada bilər.

“Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır. 20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq," o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG