Accessibility links

Koronavirusa görə Azərbaycanın bütün təhsil müəssisələrində dərslər dayandırılıb


Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə martın 3-dən 9-dək bütün məktəblərdə tədris dayandırlıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Fevralın 28-də Azərbaycanda koronavirusa ilk yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Fevralın 29-da isə daha iki nəfərin koronavirusa yoluxduğu bildirilib. Nəticədə Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatıb. Onlardan ikisinin Azərbaycan, birinin isə Rusiya vətəndaşı olduğu qeyd edilir. Hər üç şəxsin İran İslam Respublikasından gəldiyi deyilir. Üstəlik hazırda son günlər İrandan qayıtmış bir nəçə yüz şəxsin Azərbaycanın cənub rayonlarındakı xəstaxanalarda karantinə alındığı vurğulanır. Artıq Nazirlər Kabineti də fevralın 29-u saat 16:00-dan iki həftə ərzində İranla sərhəddin bağlandığını açıqlayıb.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG