Accessibility links

“Koronavirusa qarşı istifadə edilən favipravir qara bazarda 5000 manata satılır” - rəsmi qurumlar cavab verir


Azərbaycan Demokratik Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu koronavirus pandemiyası ilə bağlı həkimlərin müraciətləri əsasında məqalə dərc edib. Məqalədə ölkənin pandemiyaya qarşı mübarizəyə hazır olmaması, dərman ehtiyatı yaradılmamsı, həkimlərə münasibətdə haqsızlıqlara yol verilməsi hallarından bəhs edir. Rəsmi qurumlar məqalədə deyilənlərə cavab verib və bir çox məqamları təkzib edib.

Azərbaycan hökuməti isə bir qayda olaraq pandemiyaya qarşı mübarizəsinin uğurlu hekayələrindən bəhs edir, yoluxmanın artmasının məsuliyyətinin vətəndaşların üzərində olduğuna işarə edir.

Məqaləni təqdim edirik:

Qubad İbadoğlu
Qubad İbadoğlu

Koronavirus pandemiyası Azərbaycanda daha çox işbazların işinə yarayır. Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların qara bazarını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən də faydalanırlar.

Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların qara bazarını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən də faydalanırlar.

Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (Arbidol, Kalitra, Erqferon və Tamiflu ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. Parasetamol, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür. Əslində müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar remdesvir və favipravirdir. Remdesvirin dünyadakı 3 aylıq anbarını ABŞ alıb, favipravir isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır.

Favipravir dərmanı
Favipravir dərmanı

Həkimlərdən aldığım məlumata görə, hazırda müalicənin effekti insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır. Süni tənəffüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Türkiyədə də istehsal; başlanan Favipravir alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrlə az olardı.

Çox təzadlıdır, nədən Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) üst-üstə 10 milyon dollar ianə verən Azərbaycan hakimiyyəti öz həkimlərinə münasibətdə xəsislik edir? Yeri gəlmişkən, maliyyə imkanları bizdən dəfələrlə yüksək olan Rusiya ÜST-ə cəmisi 1 milyon dollar yardım edib.

Ön cəhbədə gözəgörünməz virusla "vuruşan" digər həkimin məlumatına görə, koronavirusla döyüşən tibb personalına 5 qat maaş məsələsi illuziyadır. Belə ki, səhiyyə işçiləri 14 gün çalışıb, ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bu müddəti 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində otel karantinindəki yemək keyfiyyətindən danışmağı isə yersiz sayan həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir. Çox təzadlıdır, nədən Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) üst-üstə 10 milyon dollar ianə verən Azərbaycan hakimiyyəti öz həkimlərinə münasibətdə xəsislik edir? Yeri gəlmişkən, maliyyə imkanları bizdən dəfələrlə yüksək olan Rusiya ÜST-ə cəmisi 1 milyon dollar yardım edib. Nə isə, yenə diqqət edin, görün həkimlər nə deyir.

Gerçəkdən ilkin mərhələdə tibb personalı borcunu ləyaqətlə yerinə yetirmək üçün əzmlə işləsələr də, bundan sonra səhiyyə işçilərini təkrar çalışdırmaq mümkün olmayacaq. Artıq onların çoxu ərizə yazıb işdən ayrılırlar. Çünki, indiyədək 10-dan çoxu vəfat edib, 1500-ə qədər səhiyyə işçisi virusa yoluxub, ən pisi odur ki, onlar bu xəstəliyi virus yükü çoxluğuna görə başqalarından ağır keçirirlər. Onlardan biri pandemiya başlayandan xəstəxanadan çıxmayan, virusa yoluxandan sonra durumu ağırlaşan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir. Cavid həkimə də şəfa diləyirəm.

Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi: Dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir

Səhiyyə Nazirliyindən Baş Səhiyyə İdarəsinin rəisinin məqaləsinə istinad etməyimizi məsləhət bildilər.

Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova bildirib ki, koronavirus infeksiyasına qarşı mübarizə sahəsində dərman dəstlərinə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

TƏBİB
TƏBİB

TƏBIB: Bu dərman satışda yoxdur

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Amerikanın Səsinə bildiriblər ki, müalicədə istifadə olunan favipiravir dərmanı haqqında bir müddət əvvəl açıqlamamız olub.

Ölkəmizə isə dünyada COVID müalicəsində effektiv hesab edilən bütün dərman vasitələri gətirilir, eyni zamanda da favipiravir.

“Bu dərman satışda yoxdur və ağır xəstələrin müalicəsində həkimin göstərişi ilə istifadə edilir. Yəni, aptekdən alaraq xəstə özü sərbəst istifadə edə bilməz. Eyni zamanda, qeyd etdiyim kimi satışda yoxdur. Ölkəmizə isə dünyada COVID müalicəsində effektiv hesab edilən bütün dərman vasitələri gətirilir, eyni zamanda da favipiravir. Qaldı ki, qara bazarda satışı və s. bunlarla aidiyyəti qurumlara müraciət etməyiniz tövsiyə olunur. Çünki nəinki qara bazar, ümumiyyətlə apteklərdə satılan dərman vasitələri və s. TƏBİB-in səlahiyyətində deyil. TƏBİB yalnız xəstəxanaların dərman vasitələri ilə təminatına səlahiyyətlidir,” TƏBİB rəsmisi qeyd edib.

Tibb Universiteti: Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır

Azərbaycan Tibb Universiteteinin mətbuat xidməti bildirib ki, indi Cavid Paşayev koronavirusla gərgin mübarizə aparır. Təəssüf ki, son günlər onun səhhəti ağırlaşıb.

Cavid Paşayev
Cavid Paşayev

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

“Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır,” məlumatda qeydb olunur.

Tibbi Sığorta Agentliyi
Tibbi Sığorta Agentliyi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: May ayı üzrə koronavirusla bağlı əmək haqqı hesabatı sabah yekunlaşacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Amerikanın Səsinə məqalədə agentliyə aid olan hissə ilə bağlı aşağıdakı cavabı veriblər:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə müddətli əlavə iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Sözügedən işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:

Tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 634 tibb işçisinə, 2 386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə isə 10 354 tibb işçisinə, 2 734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat, may ayı üzrə 8 376 nəfər tibb işçisinə, 2 476 nəfər qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində

Pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu belədir: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli.

Maaşın 3 misli ilə bağlı hesablamaya aid nümunə: Poliklinikada çalışan tibb qardaşının 5-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 294 manatdır. Tibb qardaşı koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 400 manat 91 qəpik müddətli əlavə almalıdır. 400.91 = ((294 / 22) x 10) x 3.

Maaşın 4 misli ilə bağlı hesablamaya aid nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 6 gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389.76 = ((406 / 25) x 6) x 4.

Maaşın 5 misli ilə bağlı hesablamaya aid nümunə: Xəstəxanada çalışan tibb bacısının 8-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 332 manatdır. Tibb bacısı koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 754 manat 55 qəpik müddətli əlavə almalıdır. 754.55 = ((332 / 22) x 10) x 5.

Qeyd edək ki, nümunələrdə göstərilən bütün yekun məbləğlərdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Məlumat üçün bildirək ki, mart ayı üzrə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 634 tibb işçisinə, 2 386 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə isə 10 354 tibb işçisinə, 2 734 qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 13.9 milyon manat, may ayı üzrə 8 376 nəfər tibb işçisinə, 2 476 nəfər qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. Nəzərinizə çatdıraq ki, may ayı üzrə hesabat sabah yekunlaşacaq,” Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Amerikanın Səsinə deyiblər.

XS
SM
MD
LG