Accessibility links

Koronavirusa qarşı mübarizədə eksperimental dərmanın effektliyi sübut olunub


Biotexnoloji şirkət eksperimental dərmanın ABŞ hökuməti tərəfindən aparılan ciddi bir araşdırmada koronavirusa qarşı effektivliyinin sübut edildiyini deyib.

Gilead Sciences şirkətinin remdesivir preparatı keçən ilin sonundan 218 mindən çox insanın ölümünə səbəb olan virusa qarşı belə bir testdən keçən ilk dərman ola bilər. Müalicə üsulunun olması xüsusilə də səhiyyə rəsmilərinin hər hansı bir peyvəndin bir il və daha çox müddətdə hazır ola biləcəyini ehtimal etdiyini bildirdikləri üçün qlobal pandemiya güclü təsir göstərə bilər.

Milli Səhiyyə İnstitutları tərəfindən edilən araşdırma zamanı dünya boyu xəstəxanalara yerləşdirilmiş 800 koronavirus xəstələrində normal müalicə ilə remdesivir preparatı da müqayisəli şəkildə sınaqdan keçirilib. Əsas nəticə xəstələrin sağalması üçün nə qədər vaxtın tələb olunmasıdır.

Gilead nəticələr haqqında məlumatların detallarını açıqlamayıb, lakin yaxın zamanda bəyanatla çıxış edəcəklərini bildirib. Milli Sağlamlıq İnstitutlarının rəsmiləri bu məsələyə dərhal münasibət bildirməyib.

Remdesivir venadaxili qəbul edilir və genetik virus materialını çoxaldan fermentə müdaxilə etmək üçün hazırlanıb. SARS və MERS-ə, oxşar koronavirusların yaratdığı xəstəliklərə qarşı heyvanlar üzərində aparılan testlərdə bu dərman infeksiyanın qarşısını alıb və xəstəlik zamanı kifayət qədər erkən istifadə edildikdə simptomları ciddi şəkildə azaldıb. Ancaq preparat dünyanın heç bir yerində hər hansı bir istifadə üçün hələ təsdiqlənməyib.

ABŞ-ın baş infeksionisti, Ağ Evin koronavirusa qarşı mübarizə üzrə işçi qrupunun üzvü doktor Entoni Fauçi remdesivir preparatının koronavirusun mümkün müalicəsində istifadəsini qeyd edib. "Sübut edilib ki, bu preparat virusu blok edə bilir. Preparat virusun istifadə etdiyi fermenti blok edir", Fauçi Ağ Evdə prezident Trampın iştirakı ilə görüş zaman jurnalistlərə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG