Accessibility links

Koronavirusa qarşı peyvənd minlərlə könüllü üzərində sınaqdan keçirilir


Dünyada COVID-19-a qarşı peyvəndin hazırlanması üzrə ən böyük araşdırma çərçivəsində ABŞ-da bazar ertəsi planlaşdırıldığı kimi ilk 30 000 könüllü üzərində sınaq davam etidirilir.

ABŞ-ın ​Milli Səhiyyə İnstitutları və Moderna şirkəti tərəfindən hazırlanan eksperimental peyvəndin koronavirusdan həqiqətən qoruyacağına hələ zəmanət yoxdur.

Könüllülər onlara həqiqi peyvənd və ya süni vaksin vurulduğunu bilmir. İki dozadan sonra alimlər xüsusən virusun daha çox yayıldığı bölgələrdə insanların gündəlik həyatlarını davam etdirdikləri zaman hansı qrupun daha çox yoluxduğunu yaxından izləyəcək.

"Təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarında buna cavab almaq üçün hazırda yoluxma halları çoxdur" - deyə, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru doktor Entoni Fauci bu yaxınlarda Associated Press agentliyinə bildirib.

Moderna şirkəti ilk peyvəndlərin ölkə boyu onlarla sınaq ərazisindən biri olan Corciya ştatının Savannah şəhərində təcrübədən keçirildiyini bildirib.

Çin və Britaniyanın Oksford Universiteti tərəfindən hazırlanan digər peyvəndlər bu ayın əvvəlində Braziliyada və koronavirusun çox yayıldığı ölkələrdə daha kiçik qruplar arasında son mərhələdə sınaqdan keçirilib.

XS
SM
MD
LG