Accessibility links

Koronavirusa qarşı peyvəndin insan üzərində ilk sınağı başlayıb


ABŞ-ın səhiyyə rəsmiləri pandemiya ilə mübarizə aparmaq üçün eksperimental koronavirus peyvəndinin insan üzərində ilk sınaqlarına başlandığını bildirir.

Vaşinqton ştatının Sietl şəhərində yerləşən Kaiser Permanente səhiyyə şirkətinin alimləri bazar ertəsi bir qrup sağlam insana ilk vaksin iynələrini vurduqlarını bildiriblər.

ABŞ-ın Milli Səhiyyə İnstitutu (U.S. National Institutes of Health-NIH) altı həftəlik sınaq müddətində 18 yaşdan 55 yaşa qədər olan 45 sağlam könüllü üzərində bu sınaqların aparılacağını bildirb.

Sınaqda iştirak edən Sietl sakini, 43 yaşlı Cennifer Haller Associated Press xəbər agentliyinə bunun onun üçün "nəsə etmək üçün inanılmaz bir fürsət" olduğunu deyib.

Peyvənd NIH və Massaçusets ştatının Kembric şəhərində yerləşən Moderna biotexnologiya şirkəti tərəfindən hazırlanıb.

Bu sınaq önümüzdəki aylarda insanları COVID-19-dan qorumaq üçün dünyada aparılacaq eksperimental peyvəndlərin çoxsaylı tədqiqatlarından biridir.

Lakin alimlər bildirir ki, peyvəndin geniş istifadəsi 12-18 ay ərzində mümkün olmayacaq. Çünki bütün potensial vaksinlərin təhlükəsiz olduğunu sübut etmək üçün bir neçə sınaq mərhələsindən keçirilməlidir.

Şərhlərə bax

XS
SM
MD
LG