Accessibility links

Koronavirusa yeni yoluxma halları - Əfqanıstan, Küveyt, Bəhreyin, İraq


Əfqanıstan rəsmiləri xəbər verir ki, bu yaxınlarda İrandan gələn bir nəfərdə koronavirus xəstəliyi tapılıb. Xəstəliyə yoluxmuş şəxsin qərb sərhədindəki Herat vilayətində bir xəstəxanada təcrid edildiyi bildirilir.

Əfaqanıstanın səhiyyə naziri Ferozuddin Feroz jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Heratda fövqəladə vəziyyət elan edilib. "İnsanlardan evdə çıxmamağı və hərəkətlərini məhdudlaşdırmalarını xahiş edirəm" - deyə, o əlavə edib.

Əfqanıstan şənbə günü İrandan gələn üç nəfərdə koronavirusla bağlı şübhələrdən sonra İranla bütün hava və quru səyahətləri dayandırıb. Həmçinin İrandan quşçuluq məhsullarının, əsasən toyuq və yumurtanın idxalı da dayandırılıb.

Digər tərəfdən bazar ertəsi Küveyt, Bəhreyin, İraqda da ilk koronavirusa yoluxma halları təsdiqlənib.

Hazırda son məlumatlara əsasən, İranda xəstəlik səbəbi ilə 12 nəfər həyatını itirib. İranda 61 nəfər daxil olmaqla, ümumi olaraq dünyada 78 min nəfərin bu xəstəliyə yoluxduğu bildirirlir.

İranda ölüm halları ilk dəfə olaraq dekabr ayında aşkar edilən koronavirusla əlaqədar Çindən kənarda qeydə alınmış ən yüksək ölüm hallarıdır.

Rəsmi Tehran koronavirusun yayılmasının qarşısının alınması məqsədilə şənbə günü İranın 14 vilayətində məktəblər, universitetlər və mədəniyyət mərkəzlərinin bir həftə ərzində bağlanacağını elan edib.

Pakistan da müvəqəti olaraq İranla sərhədini bağlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG