Accessibility links

Koronavirusa yoluxan 443 nəfərin 149-u Bakı sakinidir


Koronavirusa yoluxanların statistikası

Azərbaycanda koronavirusun rayonlar üzrə yayılma statistikası açıqlanıb.

Koronavirusinfo.az saytının məlumatına görə, Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri vəfat edib. Hazırda 406 koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Virusa yoluxanların 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.

Virus daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir. Onların 27 nəfəri Yasamal, 23 nəfəri Binəqədi, 23 nəfəri Nəsimi,19 nəfəri Nərimanov, 13 nəfəri Xətai, 10 nəfəri Səbail, 9 nəfəri Qaradağ, 7 nəfəri Sabunçu, 5 nəfəri Suraxanı, 3 nəfəri Xəzər, 2 nəfəri Pirallahı, 2 nəfəri Nizami rayonlarında qeydə alınıb.

Sumqayıt şəhərində 7, Abeşron rayonunda 11 koronavirusa yoluxan xəstə var.

Koronavirusa yoluxanların statistik xəritəsi
Koronavirusa yoluxanların statistik xəritəsi

Digər rayonlar üzrə isə statistika belədir: Lənkəranda 18, Cəlilabadda 15 və Salyanda 12, Qusarda 9, Tovuzda 5, Neftçalada 4, Astarada 3, Naftalanda 3, Daşkəsəndə 3, Füzulidə 3, Xaçmazda 3, Zaqatalada 3, Ucarda 3, Ağdamda 2, Ağdaşda 2, Qubada 2, Masallıda 1, Siyəzəndə 1, Xızıda 1, Qəbələdə 1, Tərtərdə 1, Qaxda 1, Qazaxda 1 və Biləsuvarda 1 nəfər koronavirusa yoluxan var. Bununla yanaşı, Naxçıvanda və ölkənin bir sıra rayonlarında, o cümlədən Gəncə, Mingəçevir, Şirvan, Neftçala şəhərlərində virusa yoluxma halalrı hələ qeydə alınmayıb.

Ümumilikdə 70-dən çox kənd rayonunun 28-də yoluxma halları barədə məlumat var.

Hazırda Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi davam etdirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Koronavirus
Koronavirus

Martın 29-dan xüsusi karantin rejimi daha da gücləndirilib. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən 20-dək isə insanlar yaşadığı yeri yalnız xüsusi icazə ilə qısa müddəıtə tərk edə biləcək.

XS
SM
MD
LG