Accessibility links

Koronavirusa yoluxanların sayı 6 milyona çatır


A health worker holds a glove outside the San Jose public hospital emergencies entrance, amid the spread of the coronavirus disease (COVID-19) in Santiago, Chile, May 28, 2020.

Dünya boyu COVID-19-a yoluxma halları 6 milyona yaxınlaşır.

Cons Hopkins Universitetinin verdiyi məlumata görə, şənbə günü səhər koronavirusa yoluxma halları 5.9 milyonu keçib.

ABŞ 1,750,000 yoluxma və 100 mindən çox ölüm halı ilə birinci yerdədir.

ABŞ-dan sonra 465 min yoluxma və 28 min ölüm halı ilə ikinci yerdə gəlir.

"Bizim koronavirusla münasibətimiz ömür boyu davam edə bilər," deyə Edinburq Universitetinin yoluxucu xəstəliklər və epidemiologiya üzrə professoru Mark Vulhaus Britaniyanın Guardian qəzetinə bildirib. O deyib ki, vaksin olmadığı və sosial məsafəni qorumaq mümkün olmadığı üçün koronavirusun “ ikinci dalğa təhlükəsi mövcuddur.”

Bu arada isə pandemiyanın ABŞ-ın Nevada ştatındakı kazino və bizneslərə viranedici iqtisadi təsirləri olub. Turizm 97 faiz azalıb.

Nevadanın kazinoları və bizneslərində işlər aprel ayınadək dayanmışdı. Lakin ştatın qubernatoru Stiv Sisolak karantin rejimini ləğv etməyə başlayıb.

The Times of India qəzetində yer alan xəbərdə bildirilir ki, Air İndia hava yollarının reysi şənbə günü hava yolları işçilərinin pilotun koronavirus testinin müsbət çıxdığını bilməsindən sonra təxirə salınıb. Xəbərdə Hindistan vətəndaşlarını ölkəyə geri gətirmək üçün Moskvaya yola düşməsi planlaşdırılan təyyarədə sərnişinin olmadığı bildirilib.

Qəzetdə qeyd edilib ki, pilot uçuşdan qısa müddət öncə test olunub, lakin test nəticələri səhv oxunub.

ABoŞ-ın Missuri ştatında da iki həftə öncə bir neçə bara gedən şəxsin koronavirus testinin nəticələri müsbət çıxıb.

“Adı açıqlanmayan şəxsin barlara getdiyi zaman xəstəliyə yoluxmuş olduğu və virusu başqalarına yoluxdura bildiyi ehtimal olunur,” səhiyyə rəsmiləri bildirib.

Onların dediyinə görə, bu şəxsin virusu yoluxdurma ehtimalı olduğu insanları xəbərdar etmək üçün məlumat yayılıb.

ABŞ televiziya kanallarında kütləvi hovuz əyləncəsinin keçirildiyini göstərən videolar yayımlanıb.

XS
SM
MD
LG