Accessibility links

Koronavirusa yoluxma üzrə yeni antirekord – 1 465 nəfər yoluxub, 17 nəfər vəfat edib


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 62 338 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 47 270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14 257 nəfərdir.

Ölkədə son sutka ərzində 12 825, hazırkı dövrədək isə 1 417 368 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.

Nazirlər Kabineti son zamanlar yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib.

Ölkə üzrə təhsil müəssislələrində tədris onlayn qaydada aprılır. Bakı metrosunun fəaliyyəti dayandırılıb.

Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəraraı ilə noyabrın 7-dən noyabrın 23-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət dayandırılıb. Noyabrın 23-dək bu rayonlarda ictimai nəqliyyatın fəaliyyəti dəbütövlükdə dayandırılır.

Şərhlərə bax

XS
SM
MD
LG