Dünya boyu koronavirusa yoluxma halları 10 milyona çatır.
Cons Hopkins Universiteti şənbə günü 9.8 milyondan çox insanın koronavirusa yoluxduğunu bildirib.
ABŞ 2.4 milyon yoluxma halı ilə dünya ölkələri arasında birinci yerdədir. Braziliya 1.2 milyon yoluxma halı ilə ikinci, Rusiya isə 600,000 yoluxma halı ilə üçüncü yerdədir.
ABŞ ölüm hallarına görə də birinci yerdədir. Belə ki, Birləşmiş Ştatlarda 125,039 nəfər ölüb. Braziliya 56 min, Britaniya isə 43 min ölüm halı ilə ikinci və üçüncü yerlərdə gəlir.
Bundan əlavə İndoneziyada pandemiya başlayandan bəri bir gün ərzində koronavirusa ən çox yoluxma halı qeydə alınıb. Səhiyyə Nazirliyinin rəsmisinin bildirdiyinə görə, ümumi yoluxma halları 52,812-ə çatıb.
Əhməd Yurianto ölənlərin sayının da 2720-ə çatdığını söyləyib.
Yerli rəsmilərin dediyinə görə, İndoneziyadan Kambocaya uçan təyyarənin doqquz sərnişininin koronavirus testi müsbət çıxıb. Onlardan biri İndoneziya, səkkizi Kamboca vətəndaşıdır.
Avstraliyanın Vitoriya ştatında şənbə günü COVID-19-a 41 yeni yoluxma halı qeydə alınıb. Avstraliya Viktoriyada yoluxmalarının sayının artmasına baxmayaraq, iqtisadiyyatı yenidən açacağını bildirib.
The Times of India qəzeti şənbə günü ölkədə cümə günündən bəri 18,552 COVID-19-a yoluxma halı qeydə alınıb.
ABŞ-da cümə günü koronavirusa yoluxma halları rekorda çatıb. Belə ki, pandmeiya başlayandan bəri ilk dəfə olaraq bir gün ərzində qeydə alınan yoluxma halları 40 mini keçib.
Florida və Texasda yoluxmaların artması ilə ştat rəsmiləri virusun yayılmasının qarşısını almaq üçün barları yenidən bağladıqlarını və yeni məhdudiyyətlər tətbiq etdiklərini elan edib.
ABŞ-ın koronavirusla mübarizə işçsi qrupu cümə günü son iki həftədə ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatı cümə günü, COVID-19 testləri, vaksinlər və digər müalicə üsullarını inkişaf etdirib, istehsal etmək üçün gələn il 30 milyard dollardan çox pula ehtiyacının olduğunu bildirib.
ÜST-nın başçılığı ilə koronavirusun yayılmasının qarşısı almağa çalışan koalisiya ümid edir ki, bu puldan istifadə edərək gələn ilin ortalarınadək aşağı və orta gəlirli ölkələrə yardım etmək səyləri sürətləndirilə bilər.
Portuqaliya Lissabon yaxınlığında yaşayan 700 min insan üçün qapanma tədbirlərini yenidən bərpa etdiyini bildirib, çünki orada yoluxma hallarında artım müşahidə olunub.
Britaniyada insanlar isti hava səbəbilə çimərliklərə axışıb. Səhiyyə naziri Matt Hankok isə koronavirus halları artsa, bütün çimərlikləri bağlamaqla hədələyib.