Accessibility links

Koronavirusdan ölənlərin sayı 1000 nəfəri keçdi


Koronavirusdan ölənlərin sayı artıq 1000 nəfəri keçdiyi üçün virusun episentri olan Çinin mərkəzi Hubey vilayətinin iki yüksək vəzifəli səhiyyə rəsmiləri tutduqları vəzifələrdən azad edilib.

Çin mediası çərşənbə axşamı xəbər verib ki, Hubey vilayətinin səhiyyə komissiyasının Kommunist partiya başçısı Janq Lin və komissiyanın direktoru Lui Yingzi işdən çıxarılıb. Mərkəzi hökümət Çin boyu 43 000 yoluxma halının olduğunu təsdiq edib.

Çinin dövlət televiziya kanallarında bildirilib ki, Prezident Şi Tsinpin bazar ertəsi Pekində bir xəstəxanada koronavirus pasientlərini ziyarət edib və epidemiyanın qarşısını almaq üçün daha “həlledici tədbirlərin” görülməsinə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedris Adhanim Ghebreyesus bazar ertəsi deyib ki, koronavirusun Çinə səfər etməyən insanlardan başqa insanlara yoluxması “böyük yanğına səbəb olacaq qığılcım” ola bilər.

“Biz son günlərlə Çinə səfər etməyən insanlardan yoluxma hallarına rast gəlmişik”, o deyib.

Britaniya virusu ictimai sağlamlığa “ciddi və qaçılmaz hədə” adlandırıb. Brtianiyada bazar ertəsi daha dörd yoluxma halının olduğu bildirilib. Bununla, orada ümumi yoluxma halları səkkizə çatıb.

Çinin mərkəzi bankı epidemiyaya qarşı mübarizə aparan bizneslərə yardım məqsədilə 43 milyard dollar pul ayırıb.

Koronavirusdan ölənlərin sayı 2002-2003-cü illərdə ağır kəskin tənəffüs sindromu (SARS) epidemiyasında ölənlərin sayından daha çoxdur. SARS nəticəsində Çin və Honq Konqda 774 nəfərin ölmüş və 8100-dən çox insan xəstəliyə yoluxmuşdu.

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi deyib ki, o, koronavirusun aprel ayında isti hava səbəbilə yoxa çıxacağını güman edir. “Ümimiyyətlə istilik bu cür virusları öldürür”, o deyib.

Sağlamlıq ekspertləri deyir ki, yoluxma halları isti havalarda insanlar bayıra çıxıb, digər insanlarla yaxın əlaqədə olmadığı üçün azala bilər. Lakin bu, koronaviriusun yeni növüdür və bəzi ekspertlər virusun yayılmasının yaz və yay aylarında sona çatacağını söyləmək üçün hələ tez olduğunu deyir.

XS
SM
MD
LG