Accessibility links

Koronavirusdan alınan dərslər


Koronavirusdan alınan dərslər
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Koronavirusdan alınan dərslər

ABŞ həkimlərinin COVID-19-la mübarizə apardıqları bir vaxt bir çoxlarını nə öyrəndikləri düşündürür.

Qlobal virus hallarının üçdə birinin ABŞ-ın payına düşdüyü bir vaxt mübarizənin ön cəbhəsində olan həkimlər bir çox şey öyrəndiklərini deyir.

"Buraya oksigen səviyyəsi ağaşı olan xəstələrə necə yardım edilməsi də daxildir.”

Bunu Mount Sinai Xəstəxanasının tibbi direktoru deyib.

"Başlanğıcda gördük ki, 6 litr oksigen verdikdə xəstələrin vəziyyəti getdikcə ağırlaşmağa başladı. Biz intubasiyaya əl atmağa məcbur olduq. İndi başa düşürük ki, oksigen və ya BİPAP( tənəffüs yollarına müsbət təzyiq) arasında seçim etmək mümkündür. Bəzilər üçün bu, daha yaxşı işləyir. Öyrəndiyimiz bir bir şey var ki, bu da insanların üzüüstə uzadılmasıdır” - deyə, Colion Makqrivi bildirib.

Kolumbiya Universitetinin Sağlamlıq Mərkəzinin kardioloqu da bu metodun uğurlu olduğunu deyir.

"Nəzəriyyə budur ki, ağ ciyərlər bir süngər kimidir, əgər uzun müddət kürəklər üzərində uzanırsınızsa, bu ağırlıq bütün ifrazatlar və mayenin qarşısını alır. Lakin ağzıüstə uzandıqda ağ çiyərlər açılır, genişlənir və oksigenin daha rahat qəbul edilməsinə yardım edir. Bu işləyir" - deyə doktor Cennifer Heyte bildirib.

Doktorun dediyinə görə İtaliya, İspaniya və digər ölkələrin xəstəxanalarında təchizat qıtlığı yaşandığı bir vaxt bu metod olduqca yardım edir.

"İnsanlar naminə bunun baş verdiyini daha əvvəl bilsəydik xəstəliyin yayılmasının qarsının alınması üçün xəstəxanaları ilkin qəbul edilən çoxsaylı insanın xilası üçün hazırlayardıq. Daha artıq müayinə planına malik olardıq."

Dr. Anju Qoel deyir ki, ən təəccüblüsü virusun yaşlı insanlara təsiridir.

“Mənim bilmədiyim yaşlı insanlarda xəstəliyin ağır keçməsi idi. Əgər əvvəlcədən bilsəydik daha ciddi ölçülər götürər, bu qrupa daxil olanların ağırlaşmalarından əvvəl erkən müalicəsinə başlayardıq."

Bir çoxlarında xəstəliyin simptomları mülayim qızdırma və öskürəklə müşahidə edilib.

Lakin bəziləri, xüsusilə də yaşlılar və sağlamlıq problemi olanlar üçün virus pnevmaniya kimi ağır nəticələrə və hətta ölümə səbəb ola bilir.

XS
SM
MD
LG