Accessibility links

Koronavirusla bağlı diaqnostika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq


Səhiyyə Nazirliyi

Azərbaycanda koronavirus epidemiyasının diaqnostikası Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Epidemiyaya yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələrin Mərkəzdə xüsusi testlər vasitəsilə yoxlanılacağı deyilir. Eyni zamanda, bu məqsədlə Azərbaycana yetərincə test gətirildiyi və XTİNM-ə təhvil verildiyi qeyd olunur.

Nazirliyin açıqlamasına görə, testlər ölkəyə Ümumdünya Səhiyyə Təşkilatının vasitəsilə gətirilib.

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış "2019 novel koronovirus" (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlibr. Belə ki, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılmış oxşar MERS (Middle East respiratory syndrome - orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome - ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

Virus ailəsinin adı onun anatomik quruluşu - "tac" fomasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Sözügedən virus genetik olaraq bütün digər koronoviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb etməkdədir.

OİE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi qrupu birgə tədqiqatlara başlayıb və ilkin olaraq, "Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi"ndə "fövqəladə xəstəliklər" bölməsinin yaradılması və üzv ölkələr tərəfindən "Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi" (WAHIS) vasitəsilə OİE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib. .

“Bununla əlaqədar, artıq Azərbaycan üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlayıb. OİE və ÜST-ün birgə təşəbbüsü ilə "2019-nCoV" virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün "Yol Xəritəsi"nin hazırlanmasına başlanıb,” Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi bildirir.

XS
SM
MD
LG