Hərbi dəniz donanması qüvvələri Mavi Mələklər və hava qüvvələri Tanderbörds bir araya gələrək, Nyu-York və digər böyük şəhərlər üzərində koronavirusla mübarizə aparan tibb işçilərinin şəfərinə xüsusi uçuşlar təşkil edib.
Hərbi dəniz donanması qüvvələri Mavi Mələklər və hava qüvvələri Tanderbörds illərlə tamaşaçılarının ilham mənbəyi olub.
Onların qırıcı təyyarələri Amerikanın qüdrətinin simvoluna çevrilib. Bu təyyarələrin bəziləri Suriya və Əfqanıstan kimi ölkələrin ön cəbhələrində xidmət göstərib.
İndi isə bir neçə ildən sonra ilk dəfə olaraq bu qüvvələr Amerikanın qüdrəti əməliyyatına birgə qatılıb. Onlar səhiyyə işçilərini şərəfləndirib.
Thunderbird 3 kimi tanınan kapitan Maykl Brever təyyarələrə liderlik edib.
“Bunu edərkən düşünürəm ki, həqiqətən sizə minnətdaram. İnsanlar döyüşlərdən sonra sizə təşəkkür etdikdə bilirsinizmi nə düşünürsən? Düşünürsən ki, xalqın ön sırada gedən mübarizisən. Burada da onu düşünürəm. Onlar da gözəgörünməz düşmənlə mübarizədə ön sıralardadır.”
Onların ilk istiqaməti koronavirusun ən ağır təsirinə məruz qalan yer olub.
Nyu-York şəhəri
“Nyu-York uzun zaman bağlı olub. Bəlkə bunu etməklə insanlara siz tək deyilsiniz mesajını göndərmiş oluruq” - deyə, Maykl Brever bildirib.
Devid Rayan mənzərəni Hadson çayı sahillərindən izləyib.
"Bu, ölkəni ruhlandırır. Səhiyyə işçilərinə hamının onları düşündüyünü və təşəkkür etdiyini göstərir."
“COVİD-lə bağlılığı və ya virusla mübarizə aparan kimisə düşünürsünüzmü?” sualına kapitan Brever belı cavab verib.
“İlk növbədə Arizonada virusa ilk cavab verənlərdən olan qaynımı düşünürəm. Onun qarşısında papağımı çıxarıram. Çünki onların gördükləri və etdiklərini mən edə bilməzdim.”
Döyüşçü pilotlar paytaxt Vaşqinqton dadaxil olmaqla, tibb işçilərini alqışlamaq üçün gələcək günlərdə də uçuşları davam etdirmək niyyətindədir.