Accessibility links

Koronavirusla mübarizədə MMR peyvəndi nəzəriyyəsi


Koronavirusla mübarizədə MMR peyvəndi nəzəriyyəsi
please wait

No media source currently available

0:00 0:03:15 0:00

Koronavirusla mübarizədə MMR peyvəndi nəzəriyyəsi

Koronavirus pandemiyası zamanı tədqiqatçıları bir şeyi aşkar edib: son zamanlar qızılca xəstəliyinin yayıldığı ölkələrdə koronavirusdan ölüm və ciddi xəstələnmələr daha azdır. Bu bir təsadüfdür? Yoxsa qızılca, məxmərək və qulaqdibi xəstəliyinə qarşı istifadə olunan peyvəndlər koronavirusun ən pis nəticələrindən qoruyur?

Ötən il qızılca Samoada yayılanda tibb işçiləri qızılca, qulaqdibi və məxmərək (MMR) peyvəndi ilə qapı-qapı gəziblər. Onlar MMR peyvəndi ilə gənc və yaşlı əhalinin 90 faizini təmin ediblər.

Sonra koronavirus dünyaya yayıldı. Amma təəcüblü də olsa, Sakit okeanındakı Samoa əsas etibarilə bundan uzaq qaldı.

Madaqaskar, Honq Konq və Cənubi Koreyada da son zamanlarda qızılca xəstəliyinə qarşı güclü peyvənd kampaniyaları aparılıb və yeni koronavirusun yaratdığı xəstəlik olan COVID-19-un nisbəti daha aşağı olub.

Bu rəqəmləri Ümumdünya Səhiyyə Təşkilatından Ceff Qold açıqlayıb.

"MMR - qızılca, məxmərək, qulaqdibi peyvəndləri ilə COVID-19-a qarşı güclü immune sistemi olan əhali arasında dəqiq bir əlaqə var" - deyə o bildirib.

Daha sonra Qold qızılca xəstəliyinə qarşı peyvəndin səviyyəsi aşağı olan ölkələrə baxıb və bunun əksini tapıb.

"İtaliya 2002-ci ildə MMR ilə ən az peyvənd edilmiş biri ölkə idi, 80%-dən aşağı, sonra Birləşmiş Krallıq, daha sonra Fransa gəlir, bundan sonra da ABŞ və Almaniya" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Ceff Qold bildirib.

Qoldun məlumatları göstərir ki, MMR peyvəndinin yetkin şəxslərə verildiyi yerlərdə onlar digər ölkələrdə olanlara nisbətən koronavirusa qarşı daha az həssas olub.

Kembric Universitetində aparılan araşdırma göstərir ki, məhz MMR peyvəndinin məxmərəyə qarşı hissəsi immun sistemini gücləndirir.

Bir neçə ölkənin alimləri bu nəzəriyyəni araşdırırlar. Türkiyədəki düşərgələrdən birində aparılan araşdırma Türkiyə vətəndaşlarına nisbətən Suriyadakı qaçqın uşaqlarda COVID-19 ilə xəstəxanaya yerləşdirilmə ehtimalının altı dəfə az olduğunu göstərib.

Türkiyəli tədqiqatçı Dr.Ramazan Okyay daha böyük araşdırmalara ehtiyac olduğunu deyib.

"Uşaqlardan başqa miqrantlar, əsgərlər, səyahətçilər kimi MMR peyvəndləri olan insanları araşdırmaq və onları MMR olmayan bənzər yetkin qruplarla müqayisə etmək lazımdır" - deyə, Kahramanmaraş Sutcu İmam Universitetinin tədqiqatçısı Dr. Ramazan Okyay qeyd edib.

ABŞ-ın yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssisi Entoni Fauçi insanların sağlamlığını yaxşılaşdırmaq və xəstəlikdən qorunmaq üçün xüsusilə də pandemiya zamanı mümkün ola biləcək şeyləri etmək lazım olduğunu bildirir.

"Belə bir nəzəriyyə var ki, əgər kiməsə məsələn, qızılcaya qarşı güclü peyvənd vurulubsa, bu, əslində onu koronavirusdan da qoruya bilər. Bu, hələ sübut olunmamış bir nəzəriyyədir" - deyə, Fauçi məsələyə münasibət bildirib.

Tədqiqatçılar araşdırmalarının bunu sübut edə biləcəyinə ümid edirlər.

Əgər doğrudursa, qızılca, qulaqdibi və məxmərək peyvəndi bütün dünyada geniş sınaqdan keçirilmədən istifadə edilə bilər, çünki təhlükəsizdir və asanlıqla əldə oluna bilər. Ümid var ki, COVID-19 əleyhinə peyvənd olana qədər bu, bizi qoruya bilər.

XS
SM
MD
LG