Accessibility links

Koronavirusun delta variantı ABŞ-da yoluxma hallarının kəskin artmasına səbəb olub


Cons Hopkins Koronavirus Resurs Mərkəzinin şənbə günü verdiyi məlumata görə, ABŞ-da avqustun ilk həftəsində bir gündə 107,000-dən çox yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi müqayisə üçün 7 İyunda ABŞ-da bir gündə 10,000-dən çox yeni COVID-19 hadisəsinin qeydə alındığını bildirib.

Koronavirus infeksiyalarında artım yüksək yoluxucu delta variantının ABŞ -da sürətlə yayılmağa davam etməsi ilə əlaqədardır.

CDC Direktoru Roşell Valenski bu həftənin əvvəlində CNN-ə verdiyi müsahibədə bildirib ki, hökumətin paylaşdığı statistikalar COVID-19-a yoluxma hallarının eynilə yanvarın əvvəlindəki kimi gündə bir neçə yüz minə qədər arta biləcəyini göstərir.

Yanvarın əvvəlində gündə təxminən 250,000 infeksiyaya çatdıqdan sonra yoluxmalar iyun ayında azaldı, lakin ABŞ-dakı yetkin insanlar peyvənd olunduğu dövrdə belə artmağa başladı. Associated Press agentliyi xəbər verir ki, ABŞ-dakı yetkinlər insanların 70%-dən çoxu ən azı qismən peyvənd olunub.

Cons Hopkins Mərkəzinin məlumatına görə, ABŞ-da gündəlik ölüm hallarının sayı yeddi gündə orta hesabla cümə günündən etibarən son bir həftə ərzində 270-dən təxminən 500-ə yüksəlib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bildirib ki, ABŞ-da 166,2 milyondan çox insan və ya əhalinin 50.6% -i koronavirusa qarşı tam peyvənd olunub.

Associated Press agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Alabama və Mississippi ştatları ən aşağı peyvənd nisbətlərinə sahibdir. Bu bölgədə xəstəxanaya yerləşdirilmiş COVID-19 xəstələrinin sayı 50% artaraq gündə 17,600-ə çatıb.

Ötən həftə CDC tərəfindən koronavirus pandemiyasının milli episentri adlandırılan Florida ştatında şənbə günü COVID-19 hallarının sayına görə daha bir antirekord qeydə alınıb.

CDC Floridada cümə günü 24 saat ərzində 23,903 yeni yoluxma faktının qeydə alındığını bildirib. Bu, pandemiya başladığı vaxtdan bəri Floridada bir gündə ən yüksək rəqəmdir. Bir həftə əvvəl, iyulun 30 -da ştatda 21,683 yeni COVID-19 yoluxma halı ilə antirekord qeydə alınıb. Koronavirusun delta variantı Floridada və ABŞ-da yoluxma hallarının artmasına təkan verib.

XS
SM
MD
LG